Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Avqust, Cümə axşamı, Bakı vaxtı 21:33

Dünya xəbərləri

Hariri-nin öldürülməsində əsas şübhəli ‘Hizballah üzvü olub’

Rafik al-Hariri-nin şəkli olan plakat

Livanın keçmiş baş naziri Rafik Hariri-nin 15 il öncə Beyrutda öldürülməsini araşdıran məhkəmənin hakimləri deyirlər ki, əsas şübhəli Hizballah üzvü olub, hücumda vacib amil sayılan mobil telefondan istifadə edib.

Hakimlər hökmün oxunmasına başlayıblar. Hakim David Re deyib ki, 2005-ci ildə törədilmiş partlayışda İranın dəstəklədiyi Hizballah qruplaşması rəhbərliyinin, yaxud Suriya hökumətinin əli olmasına dəlil var.

O, məhkəmədə əsas təqsirləndirilən olan Ayyash-ın qrupun üzvü olduğunu deyib. Dəlillər onun hücumda əsas bağlantı sayılan mobil telefonu işlətdiyini göstərir.

Hökmdən öncə Livan Prezidenti Michel Aoun bildirib ki, “qətldən 15 il keçir və belə uzun müddətdən sonra ədalət daha ədalət deyil”.

***

Avqustun 18-də BMT-nin dəstəklədiyi tribunal Livanın keçmiş baş naziri Rafik Hariri-nin 15 il öncə Beyrutda öldürülməsi işi üzrə hökm çıxarmalıdır. Qətldə dörd nəfər ittiham olunur.

Livanın Hizballah silahlı qruplaşmasının üzvü olmaqda şübhəli bilinən dörd nəfər Haaqanın kənarında yerləşən Livan üzrə Xüsusi Tribunal tərəfindən qiyabi mühakimə olunublar.

Salim Jamil Ayyash, Hassan Habib Merhi, Hussein Hassan OneissiAssad Hassan Sabra adlı təqsirləndirilənlərin harada olduqları bəlli deyil.

Hadisə baş verən dönəmdə özünü parlamentdə müxalifətə yaxın sayan deputat Hariri 2005-ci ilin fevralın 14-də avtomobil karvanında partlayış zamanı həlak olub.

İntiharçı hücumunda daha 21 nəfər öldürülmüş, 226 nəfər yaralanmışdı.

Sünni Hariri Suriyanın bu ölkədən hərbçilərini çıxarması çağırışlarını dəstəkləyirdi. Suriya 1976-cı ildə Livanda vətəndaş müharibəsi başlanandan ölkəyə girmişdi.

Hücumun səbəb olduğu yerli və beynəlxalq qəzəb Livanın Suriya-pərəst hökumətini istefa verməyə, Hizballah-ı dəstəkləyən Suriyanı isə Livandan əsgərlərini çıxarmağa məcbur etdi.

Silahlı qruplaşma və Dəməşq hökuməti hücumda əli olmadığını deyirdi.

Hücumdan sonra Hariri-nin oğlu Saad anti-Suriya və qərbyönlü siyasi qrupa rəhbərlik edərək üç dönəm baş nazir postunda çalışıb.

Onun Niderlandda məhkəməyə qatılacağı gözlənir.

Bütün xəbərləri izləyin

Lukashenka sərhədin "hər qarşının" bağlanmasına göstəriş verib

Belarus lideriri Aleksandr Lukashenka

Belarus prezidenti Aleksandr Lukashenka güc qurumlarına dövlət sərhədlərinin “hər qarşının” bağlanmasına göstəriş verib.

Bu, Litva ilə sərhəddə yaranmış miqrant böhranı fonunda baş verir.

“Şimaldan, cənubdan,qərbdən və şərqdən heç kim Belarusa keçməməlidir”

Bu yaxınlarda Litva ilə sərhəddə qanunsuz miqrant problemi yaşanıb. Litva hakimiyyəti sərhəd nəzarətini gücləndirərək bir neçə qrup qanunsuz miqrantı Belarusa qaytarıb.

Azadlıq Radiosunda olan məlumata görə, Belarus prezidenti Aleksandr Lukashenka Avropa Birliyinin sanksiyalarından sonra bəyan edib ki, rəsmi Minsk artıq onun ərazisindən qanunsuz miqrant axınını əvvəlki kimi sayıqlıqla izləməyəcək.Bundan sonra Litvaya qanunsuz miqrant axınının artdığı müşahidə olunub.

Ermənistan parlamenti sədrin 3-cü müavinini seçə bilmir

Ermənistan parlamentinin binası-deputat İşxan Sağatelyan

Ermənistan parlamentində sədrin 3-cü müavininin seçilməsi məsələsi müzakirə olunur.

Müxalifətdə olan “Hayastan” bloku İşxan Sağatelyanın bu posta namizədliyini iki dəfə versə də keçməyib. Müxalifət 3-cü dəfə də onun namizədliyini irəli sürüb. Sağatelyan “Daşnaksyutun” partiyası Ali Şurasının üzvüdür.

Ermənistanda parlament sədrinin müavinləri gizli səsvermə yolu ilə seçilir.

Parlament sədrinin hakim partiyadan olan müavini Ruben Rubinyan müxalifət bloklarını Sağatelyana səs verməyə çağırıb və bildirib ki, buna görə parlament normal işini bərpa edə bilmir.

Reqlamentə əsasən vitse-spiker seçilməyəndə təkrar seçki təyin olunur.

Rəisi Paşinyanla görüşüb

İbrahim Rəisi (sağda) və Nikol Paşinyan

İki lider ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə dair bir sıra məsələləri müzakirə ediblər

Avqustun 5-də Ermənistanın Baş naziri Nikol Paşinyan Tehranda İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi ilə görüşüb. Paşinyan Rəisinin parlamentdə andiçmə mərasiminə qatılıb.

Görüş zamanı İran prezidenti ölkəsinin Ermənistanla dostluq münasibətlərinin, eləcə də siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daimi inkişafına böyük önəm verdiyini vurğulayıb. Bu haqda AzadlıqRadiosu-nun Ermənistan xidməti yazır.

İki lider ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə dair bir sıra məsələləri müzakirə ediblər. Özəlliklə, Mehri azad iqtisadi zonasının aktiv fəaliyyətinin təminatı, İranın Avrasiya İqtisadi Birliyi ilə azad ticarət rejiminin tətbiqi götür-qoy olunub. Tərəflər regional kommunikasiyanın inkişafını prioritet adlandırıblar. Fars Körfəzindən Qara dənizə qədər nəqliyyat və kabel əlaqəsinin inkişafı bu kontekstdə vacib məsələ sayılır.

Nikol Paşinyan İran tərəfinin Şimal-Cənub avtomagistralının tikintisi layihəsinə marağını alqışlayıb. Onun sözlərinə görə, Ermənistan bu layihənin Sisian-Mehri hissəsi üzrə beynəlxalq tenderdə İranın tikinti şirkətlərinin iştirakının müzakirəsinə hazırdır.

Tərəflər energetika sahəsində əməkdaşlıq imkanlarına da toxunublar.

Paşinyan İranın regionda sülh və sabitliyin bərqərar olmasında davamlı cəhdlərinin vacibliyini qeyd edib.

Türkiyə 300-dək Əfqanıstan qaçqınını saxlayıb

Türkiyə-Miqrantlar 4 mart, 2020

Reütersin iyulun 4-də yaydığı məlumata görə, əksəriyyəti Əfqanıstandan olan qaçqınlar, ölkəyə İrandan keçiblər.

Onları böyük yük maşınında aşkar ediblər,aralarında qadın və uşaqlar da var.

Taliban yaraqlıları son aylar Əfqanıstanın xeyli bhissəsini ələ keçirdikdən sonra, Türkiyəyə bu ölkədən yeni qaçqın axını başlayıb.

BMT-nin məlumatına görə, bu ilin yanvarından bəri Əfqanıstanda azı 270 min sakin ev-eşiyindən didərgin düşüb.

Ankara, Kabil və Tehran bu ilin iyununda təhlükəsizlik sahəsində əməkdaşlıq məsələsini müzakirə etsələr də elə bir qərara gələ bilməyiblər və qaçqın axınının qarşısını almaq üçün Tehranla Ankaranın elə bir mexanizmi yoxdur.

Hökumət binasını partlatmaq istədiyi deyilən şəxs saxlanıb

Hadisə yeri

Ukrayna polisi bir neçə saatlıq qarşıdurmadan sonra bir kişini saxlayıb. Şübhəlinin “partladıcı cihaza oxşar əşya ilə” Kiyevdə hökumət binasına girdiyi və onu partlatmaqla hədələdiyi bildirilir.

Ukrayna Dövlət Polisinin başçısı İqor Klimenko şübhəlinin ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılarla müharibənin veteranı olduğunu açıqlayıb. O, şübhəlinin döyüşlərdə iki dəfə yaralandığını, başından xəsarət aldığını söyləyib.

Klimenko təhqiqat başlandığını, şübhəlinin motivlərinin aydın olmadığını deyib.

Polis rəisinin sözlərinə görə, şübhəli iki mühafizəçini və hökumət administrasiyası işçisini hədələyib.

Çexiyada iki qatar toqquşub, azı 3 nəfər ölüb

Hadisə yeri

Ölənlər və yaralananlar arasında Çexiya və Almaniya vətəndaşlarının olduğu xəbər verilir

Çexiyanın Almaniya ilə sərhədi yaxınlığında iki qatar toqquşub, maşinistlər və bir sərnişin həlak olub.

Onlarla sərnişinin xəsarət aldığı, beşinin ağır vəziyyətdə olduğu bildirilir.

Domazlice şəhəri yaxınlığında yerli qatar Berlindən Praqaya gedən qatarla toqquşub.

Ölənlər və yaralılar arasında Çexiya və Almaniya vətəndaşlarının olduğu xəbər verilir.

Azı üç almaniyalı müalicə üçün ölkəsinə aparılıb.

Qəzayla bağlı təhqiqat başladılıb.

Sobolun azadlığı məhdudlaşdırıldı

Lyubov Sobol

Hökmdə Sobolun axşam 10-dan səhər 6-dək evdən çıxması, ictimai tədbirlərə qatılması, Moskvanı tərk etməsi qadağan olunur

Avqustun 3-də Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnının müttəfiqinə 18 aylıq azadlığı məhdudlaşdırma cəzası kəsilib. Moskvada məhkəmə Lyubov Sobolu sanitariya və epidemioloji təhlükəsizlik qaydalarını pozmağa çağırmaqda təqsirli bilib.

Sobolun yanvarda əhalini Navalnıya dəstək üçün icazəsiz yürüşlərə çağırdığı iddia olunur. Onun vəkili hökmü pisləyib, şikayət veriləcəyini deyib.

Hökmdə Sobolun axşam 10-dan səhər 6-dək evdən çıxması, ictimai tədbirlərə qatılması, Moskvanı tərk etməsi qadağan olunur. O, ayda üç dəfə polisə məlumat verməlidir.

Yanvarın sonunda Navalnının həbsinə qarşı icazəsiz kütləvi yürüşlər öncəsi müxalifətçinin bir sıra müttəfiqləri saxlanıb. Onların çoxu ev dustağı edilib.

45 yaşlı Navalnı yanvarın 17-də Almaniyadan Rusiyaya qayıdarkən saxlanıb. O, ötən avqustda Noviçok sinir qazıyla zəhərlənəndən sonra Berlində müalicə alırdı. Özü zəhərlənmənin arxasında Prezident Vladimir Putinin dayandığını desə də, Kreml insidentlə hər hansı bağlılığı inkar edib.

Kosovo qızıl medalçılarını qarşılayır

Kosovonun qızıl medalçıları

Komandanın iki qadın üzvü – Distria Krasniqi və Nora Gjakova kütlə qarşısında qızıl medallarını göstəriblər

Kosovo Tokio Olimpiya oyunlarında qızıl medal qazanmış cüdo komandasını qarşılayıb. Avqustun 2-də minlərlə insan Kosovo bayraqları ilə, maşınları ilə siqnal verərək komanda üzvlərini alqışlamağa çıxıb. Komanda isə Baş nazir Albin Kurtinin müşayiətilə Priştinanın mərkəzi meydanında gəzib.

Komandanın iki qadın üzvü – Distria KrasniqiNora Gjakova kütlə qarşısında qızıl medallarını göstəriblər.

Hökumət qızıl medal qazananların hərəsinə 100 min avro verəcək.

Kosovo Tokio olimpiya oyunlarına altı idman növü üzrə 11 atlet göndərib. Ölkə 2008-ci ildə Serbiyadan müstəqilliyini elan edəndən bəri ikinci dəfədir Yay Olimpiya oyunlarına qatılır.

2016-cı ildə bu Balkan ölkəsi Rio de Janeyroda ilk dəfə olimpiadaya qatılanda cüdoçu Majlinda Kelmendi Kosovoya ilk qızıl medalı qazandırıb.

Türkiyədə 3 rusiyalı turist həlak olub, 10-dan çoxu yaralanıb

Türkiyə-Antalyada yol qəzası

Türkiyənin Antaliya əyalətində rusiyalı turistləri aparın avtobusun aşması nəticəsində azı 3 nəfər həlak olub, 10-dan çoxu isə yaralanıb.

Bu barədə Rusiyanın RİA Novosti saytı avqustun 2-də Türkiyənin "Milliyet" qəzetinə istinadla xəbər verir. Məlumata görə, qəza kurort rayonu olan Side-de baş verib.

İnterfax agentliyi yaralılardan 5-nin ağır vəziyyətdə olduqlarını, 2-nin isə reanimasiya şöbəsində olduqlarını xəbər verir.

Rusiyalı turistləri Manavqat şəhərindən Antaliya hava limanına aparan avtobus naməlum səbəbdən yolda beton səddə dəyərək aşıb. Qəza vaxtı Avtobusda 22 turist olub. Onların Samaradan olduqları bildirilir.

Yaralılar yaxınlıqdakı xəstəxanaya götürülüb.

7 milyondan çox Rusiya vətəndaşı borca görə ölkədən çıxa bilmir

Rusiya-hava limanı

Bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

Mənbə yazır ki, 2005-ci ildən ölkədə tətbiq edilmiş xüsusi məhdudiyyətə görə, borcu ölan vətəndaşlara ölkədən çıxış vizası verilməyə bilər. Mənbə yazır ki, söhbət, ötənilməmiş kredit, aliment və kommunal xərclərdən gedir.

Bu siyahıya milyondan çox pensiyaçı da düşüb.

Bundan başqa hazırda Rusiyada daha bir qanun layihəsi müzakirə olunur.Həmin layihəyə görə, borcu olan vətəndaşların xarici pasportu müsadirə də oluna bilər.

Rəsmi statiskaya görə, borclu vətəndaşların sayı xüsusilə son aylarda artmağa başlayıb. Ötən ilin sonlarında təxminən 4 milyon nəfər borca görə ölkədən çıxa bilməyib.Amma bu rəqəmin indi təxminən iki dəfə çoxaldığı bildirilir.

Gürcüstanda itkin düşən avstraliyalı qızın cəsədi tapılıb

Şani Bruk

Gürcüstan Daxili İşlər Nazirliyi Tiflisdəki Mtatsminda dağının yamacında Avstraliya vətəndaşı Şani Brukun cəsədinin tapılması ilə bağlı rəsmi məlumat yayıb.

"Bir neçə saatlıq intensiv axtarış və istintaq tədbirləri nəticəsində Daxili İşlər Nazirliyinin əməkdaşları Mtatsminda yamacında ölən bir qadının cəsədini aşkar etdilər. Xarici vətəndaş bu il iyulun 30 -da itkin düşüb. Mesaj daxil olduqdan dərhal sonra Daxili İşlər Nazirliyinin əməkdaşları Mtatsminda dağının yamacında axtarış işlərinə başladılar. Axtarış işlərinə kriminal polis, Fövqəladə Hallar İdarəsi və Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları cəlb edilib. Ədliyyə şöbəsinin kinoloji xidməti də axtarışlara qoşulub ”, - deyə nazirliyin açıqlamasında bildirilir.

Azadlıqradiosunun gürcü xidmətinin məlumatına görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 143 -cü maddəsi ilə cinayət işi açılıb və istintaq aparılır.

Dronla cinayət yerini lentə alan Mtavari telekanalı gənc qadının bədənində şiddətli ölüm izlərinin olduğunu - başının yarıldığını və qollarında sıyrıntıların olduğunu iddia edir. Bəzi şəxsi əşyalar və geyimlər ətrafa səpələnmiş olub.

Kütləvi informasiya vasitələri qəddar hücumun məqsədinin təcavüz olduğunu istisna etmirlər.

"Novosti-Georgia" xəbər verir ki, 31 yaşlı Şani Bruk Batumidə ingilis dili müəllimi işləyib və Tbilisiyə istirahətə gəlib. Onu sonuncu dəfə bir gün əvvəl, günorta saatlarında Mtatsminda dağına gəzintiyə çıxanda görüblər.

İtkin düşən avstraliyalı qadın haqqında ilk məlumatı Facebook sosial şəbəkəsində onun dostu paylaşıb.

Onun sözlərinə görə, Şani Brukla telefonla sonuncu dəfə o, Mtatsmindakı Park ərazisində olarkən danışıb.

İyulun 30 -da, gəzinti zamanı Şani Bruk ABŞ -dakı rəfiqəsinə zəng edib. Telefonu açan rəfiqəsi qışqırıqlar eşidib: "Əllərinizi məndən çəkin!" deyə Bruk qışqırırmış.

Zəng kəsildikdən sonra rəfiqəsi Tbilisidəki tanışları ilə əlaqə saxlayaraq bu barədə xəbər verib. Bundan sonra həm polislər, həm də könüllülər avstraliyalı qadını axtarmağa başlayıblar.

Azərbaycanlı mühacir Tbilisidə ölü tapıldı
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

Rusiyalı hakerlər ABŞ prokurorlarının hesablarını sındırıbmış

Keçən ilin sonunda "SolarWinds" proqramını hack edən rusiyalı hakerlər, elə həmin ilin mayında bir neçə ABŞ federal prokurorunun e -poçt hesablarını da sındırdılar.

Bu barədə şənbə günü ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. Associated Press -in qeyd etdiyi kimi, hakerlər Microsoft serverlərindəki Nyu -Yorkdakı dörd prokurorluğun işçiləri tərəfindən istifadə edilən e -poçt hesablarının 80% -ni hack ediblər. Ümumilikdə, müxtəlif əyalətlərdə 27 prokurorluqda e -poçt ünvanları hack edilib.

ABŞ Ədliyyə Nazirliyi, hesabların 7 may -27 dekabr 2020 -ci il tarixlərində hack edildiyini açıqlayıb.

Ötən il dekabrın ortalarında məlum olub ki, rusiyalı hakerlər "SolarWinds" proqramını sındıraraq onlarla hökumət və özəl təşkilatların şəbəkələrinə nüfuz edə biliblər. Ən azı 9 dövlət qurumuna ziyan dəyib.

2021 -ci ilin aprelində Prezident Bayden administrasiyası Kremlə qarşı yeni sanksiyalar elan edib. "SolarWinds" hack -ə və Rusiyanın 2020 -ci ildə ABŞ -da keçirilən prezident seçkilərinə müdaxiləsinə görə rus diplomatlar ABŞ -dan qovulub. Amma Rusiya bütün müdaxilə faktlarını rədd edir.

Məlumatda qeyd olunur ki, təxminən 33 min dövlət və özəl müştərinin istifadə etdiyi, 2020-ci ilin dekabr ayında ortaya çıxan geniş miqyaslı bir haker hücumunun hədəfi idi. Hücum bir neçə ay ərzində xəbərsiz qaldı. 2021 -ci ilin fevral ayında Microsoft prezidenti Brad Smith bunu "dünyanın gördüyü ən böyük və ən mürəkkəb hücum" adlandırdı.

Məlumata görə, "SolarWinds" şirkətinin təxminən 33 min dövlət və özəl müştərinin istifadə etdiyi məhsullarından biri olan "Orion" 2020-ci ilin dekabrında ortaya çıxan genişmiqyaslı bir haker hücumunun hədəfində olub. Hücumdan bir neçə ay ərzində xəbər tutan olmayıb.

2021 -ci ilin fevralında Microsoft prezidenti Brad Smith baş verən haker hücumunu "dünyanın gördüyü ən böyük və ən mürəkkəb hücum" adlandırıb.

Əfqanısdanda sel daşqınlarında 40 nəfər ölüb, 150 adam itkin düşüb

Əfqanıstan, arxiv foto

Əfqanıstanın şimal-şərqindəki Nuristan əyalətində baş verən sel daşqınlarında ən azı 40 nəfər ölüb, 150 nəfər itkin düşüb. Bu barədə Əfqanıstanın rəsmi qurumları məlumat yayıb.

Kabildən 355 kilometr şimal-şərqdə, Nuristanın Kamdeş mahalına yağan leysan yağışlar nəticəsində itkin düşənlərin tapılması üçün xilasetmə əməliyyatı aparılır.

İyulun 28 -də axşam saatlarında bu bölgəyə yağan güclü leysan yağış Beqha Mirdeş kəndinin böyük bir hissəsi dağıdıb.

Rayon sakini Əbdül Rəhman AzadlıqRadiosuna deyib ki, kənddəki 700-800-ə yaxın evin hamısı dağılıb. Əyalət icra nümayəndəsinin sözlərinə görə, indiyə qədər 8 cəsəd tapılıb.

"Bu bir fəlakətdir və insanların köməyə ehtiyacı var" deyə rəsmi nümayəndə bildirib.

Nuristan valisi Hafiz Əbdül Qayyum AzadlıqRadiosuna bildirib ki, Talibanın nəzarətində olan bölgədə bütün əlaqələr vasitələri kəsilib.

Taliban sözçüsü Zabihullah Mücahid isə AzadlıqRadiosuna deyib ki, yaraqlılar yardım agentliklərinə və silahsız hökumət rəsmilərinə əraziyə girməyə icazə verəcəklər.

Rusiya istəyir ki, İngiltərə və Fransa daha geniş nüvə danışıqlarına qoşulsun

Nüvə başlıqları daşıyan raketlər, Çində hərbi parad, 1 oktyabr 2019

Rusiya istəyir ki, ABŞ-la nüvə danışıqlarına Böyük Britaniya ilə Fransa daha geniş şəkildə qoşulsun.

Moskva hesab edir ki, Vaşinqton nüvə silahlarına nəzarət məsələsinə dair danışıqlara daha çox Çini cəlb etməyə çalışdığı bir vaxtda bu iki ölkəni unutmamalıdır.

Belə bir təkliflə Rusiyanın ABŞ -dakı səfiri Anatoli Antonov çıxış edib.

"Bu məsələ Londonun son vaxtlar nüvə başlıqlarının səviyyəsini 40 % - 260 ədəd artırma qərarı fonunda xüsusi aktuallıq qazanıb" deyə rusiyalı diplomat bildirib.

O, bu sözləri ABŞ və Rusiya yüksək çinli rəsmilərinin nüvə silahlarına nəzarətlə bağlı Cenevrədə aparılan danışıqlardan bir gün sonra deyib.

İnterfaks agentliyinin məlumatına görə, müzakirələrdə iştirak edən Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib ki, Vaşinqton istəyir ki, nüvə silahlarına nəzarət danışıqlarında daha çox Çini geniş danışıqlar prosesinə cəb eləsin.

ABŞ və Rusiya dünyanın nüvə silah arsenalının təxminən 90 faizinə sahibdirlər.

‘QKÇP’-nin sönuncu üzvü vəfat edib

SSRİ Daxili İşlər naziri Boris Pugo, vitse-prezident Gennadi Yanayev və Sovet Müdafiə Şurasının birinci vitse-prezidenti Oleq Baklanov (sağda)Moskvada mətbuat konfransı keçirirlər, 19 avqust 1991

1991 -ci ilin avqustunda dövlət çevrilişi etməyə və SSRİ -nin ilk prezidenti Mixail Qorbaçovu devirməyə çalışan Dövlət Fövqəladə Hallar Komitəsinin (QKÇP) son üzvlərindən olan Oleq Baklanov 90 yaşında vəfat edib.

Sovet İttifaqının mövcudluğunun son illərində Baklanov Mexanika Mühəndisliyi naziri vəzifəsində çalışdı və ölkənin raket və kosmik sənayesinə rəhbərlik edirdi.

O, xüsusən də "Energia" super ağır raketinin və "Buran" kosmik gəmisinin yaradılmasına nəzarət edib.

Bundan əlavə, o, SSRİ Müdafiə Şurası sədrinin birinci müavini idi.

1991 -ci ilin avqust hadisələrindən sonra Baklanov hakimiyyəti ələ keçirmə ittihamı ilə həbs olunub. 1993-cü ilin yanvarında isə digər QKÇP üzvləri kimi o da əfv edilib.

Türkiyə içərisində 200-dən çox miqrant olan gəmini saxlayıb

Qanunsuz miqrantlar

Türkiyənin sahil-mühavizə qüvvələri İtaliyaya doğru hərəkət edən miqrant dolu gəmini saxlayıb.

Reütersin iyulun 28-də verdiyi məlumata görə, 200-dən şox miqrantın olduğu gəmi, Yunanıstanın Lesbos adasının yaxınlığında tutulub.

Onların əksəriyyətinin-208-nin Əfqanıstan qaçqınları olduqları bildirilir.

Kəmidə həmçinin 2 Türkiyə vətəndaşı olub.

Türkiyə rəsmilərinin sözlərinə görə, miqrantlar Türkiyənin qərbində yerləşən Ayvaçıq çəhərindəki deportasiya mərkəzinə aparılıblar.

Türkiyə son həftələr Əfqanıstandan yeni qaçqın axını ilə üzləşib.

Türkiyə təkcə ötən həftə ərzində azı 1500 qanunsuz miqrant saxlayıb.

Hazırda Əfqanıstanda hökumət qoşunları ilə Taliban yaraqlıları arasında döyüşlər gedir.

Talibançılar, ölkə ərazisinin 1/3-nin onların nəzarətində olduqlarını deyirlər.

Almaniyada kimyəvi zavodda partlayış olub-itkin düşənlər var

Almaniya-Leverkuzen şəhərindəki kimyəvi müəssisədə partlayış

Almaniyanın qərbində yerləşən Leverkuzen şəhərindəki kimyəvi zavodda partlayış olub.

Reütersin iyulun 27-də yaydığı məlumata görə, partlayış ordakı kimya parkının zibilliyində, tullantıların yandırıldığı yerdə baş verib.

Rəsmilər yerli sakinlərə evdə qalmağı, qapı-pəncərələri bağlamağı tövsiyyə edib.

Reüters yazır ki, partlayışın baş verdiyi həmin kimyəvi parkda , Bayer və Lanxess şirkətləri də daxil olmaqla, 30dan çox kimyəvi müəssisə yerləşir. Bayer Avropanın ən böyük kimyəvi sənaye müəssisələrindən biri sayılır.

İlkin məlumatlarda 5 nəfərin itkin düşdüyü, bir neçə nəfərinsə xəsarət aldığı bildirilir.

Polis ərazidəki bir neçə avtomobil yolununun bağlandığını bildirir.

Şahidlərin sözlərinə görə, partlayış o qədər güclü olub ki, evlərin pəncərələri zərbədən sınıb.

Paşinyan son Qarabağ savaşını araşdırmaq üçün istintaq komitəsi yaradır

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın parlamentdəki siyasi qüvvələrlə görüşü-25 iyul,2021

Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyasının görüşündə 44 günlük son Qarabağ savaşını araşdırmaq üçün istintaq komissiyası yaradılması barədə qərar qəbul edilib.

AzadlıqRadiosu Erməistan xidmətinin məlumatına görə, iyulun 26-da baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbərliyi ilə partiyanın ofisində keçirilən görüşdə partiyadan yeni seçilmiş deputatlar iştirak edib.

Qərar barədə görüşdən sonra jurnalistlərə, Parlamentin sədrliyinə namizəd Alen Simonyan məlumat verib.

Onun sözlərinə görə, bu komissiyaya parlamentdə təmsil olunmayan siyasi qüvvələrin nümayəndələri də daxil ediləcək.

Mənbənin məlumatına görə, yeni parlamentin ilk iclası avqustun 2-də olmalıdır.İclas zamanı öncə parlamentin rəhbərliyi seçiləcək.

Simonyanın sözlərinə görə, Paşinyanla görüşdə Ermənistanla Azərbaycan sərhədlərindəki vəziyyət müzakirə olunmayıb.

20 milyon rusiyalı təcili yardıma sürətli çıxışa malik deyil

Rusiyada təcili yardım maşını, arxiv foto

Təcili yardım, müraciətdən 20 dəqiqəyə çağırılan ünvanda olmalıdır. Rusiya Səhiyyə Nazirliyinin əmrində belə deyilir.

Amma bu məsələ ilə bağlı "Mühüm hekayələr" nəşrindəki araşdırmada qeyd olunur ki, ölkədə 20 milyon vətəndaşın təcili yardım həkimlərinin xidmətlərindən sürətli istifadə etmək imkanı yoxdur.

Rusiya Statistika komitəsinin məlumatına görə, rəyi soruşulanların 54 faizə qədəri 2020-ci ildə təcili yardım həkimlərini müraciət edəndən sonra 20 dəqiqədən çox müddətə gözləyiblər.

Koronavirusa qədər, 2018-ci ildə belə adamların 39 faiz təşkil edib. Rosstatkomun məlumatına görə, daha çox gözləmələr əhalisi az olan yaşayış məntəqələri üzrə müşahidə olunub.

Əhalisi 500 min -1 milyona qədər olan şəhərlərdə təcili yardıma müraciət edənlərin 70 faizi 20 dəqiqədən çox gözləməli olub. Bütün kəndlər üzrə gözləmələr isə 45 dəqiqədən 1 saata qədər uzanıb.

Budapeştdə ‘Pegasus’ cəsus izləməsinə qarşı etiraz aksiyası keçirilib

Budapeşt, arxiv foto

Macarıstanda ictimai xadimləri izləmək üçün qanunsuz "Pegasus" casus proqramı vasitəsi ilə izləmələrə qarşı Budapeştdə etiraz aksiyası keçirilib.

Ölkənin kommunist keçmişi ilə müqayisə aparan etirazçılar əvvəlcə paytaxtdakı Nazizm və Kommunizm qurbanlarının xatirəsini yad edən Terror Evi Muzeyinə toplaşıblar.

Daha sonra etirazçılar "Viktator" şüarı səsləndirərək Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi Fidesz partiyasının qərargahına yürüş ediblər.

Macarıstan hökuməti, qanunun aliliyi və demokratiya məsələlərində bir çox digər Avropa Birliyi üzv dövlətləri ilə anlaşmazlıq içindədir.

Macarıstan hökuməti kəşfiyyat məlumatlarının toplanmasının qanuni bir şəkildə aparıldığını bildirsə də casus proqramın istifadəsi ilə bağlı iddialara münasibət bildirməyib.

17 beynəlxalq media qurumu və Amnesty Internationalın iyulda yaydığı bir hesabatda qeyd olunur ki, müxtəlif hökumətlər İsrail şirkəti NSO Group tərəfindən hazırlanan və lisenziyalı "Pegasus" casus proqramından istifadə etməklə jurnalistlərə, insan haqları fəallarına və dövlət məmurlarına məxsus smartfonları izləyiblər.

Bu araşdırma nəticəsində ən azı 10 vəkil və beş jurnalist də daxil olmaqla 300-ə yaxın şəxsin rəqəmsal cihazlarının Macarıstandakı casus proqram tərəfindən hədəf alındığı qənaətinə gəlinib.

Olimpiya oyunlarında gün ərzində 16 nəfərdə koronavirus aşkarlanıb

Tokio, 13 iyul 2021

Tokio Yay Olimpiya Oyunlarının təşkilatçıları bazar ertəsi günü açıqlayıblar ki, iyulun əvvəlindən olimpiya oyunlarına aidiyyatı olan 150-dən çox adamda koronavirus aşkarlanıb.

Ötən gün ərzində 16 yeni hadisə qeydə alınıb. İdmançıların özləri arasında bu ay ərzində 19 nəfərdə koronavirus aşkar edilib, bəziləri Olimpiya kəndində yerləşdirilib.

Sonradan həmin idmançılar xüsusi karantin otellərinə köçürülüblər.

Koronavirus pandemiyası səbəbindən bir il təxirə salınan 2020 Olimpiya oyunlarına bu il iyulun 23-də start verilib.

Beynəlxalq yarışlar Tokyo və üç qonşu vilayətdə fövqəladə vəziyyət rejimi altında keçirilir.

Həm xarici azarkeşlərdən, həm də yaponların özlərindən olan tamaşaçılara tribunadan çıxmaq qadağan edilib. Sorğulara görə, bir çox Yaponiya vətəndaşı COVID-19 infeksiyasının artmasına səbəb ola biləcəyindən qorxur və oyunların ləğv edilməsinin tərəfdarıdır.

Təşkilatçılar təhlükəsizlik və sağlamlığı əsas prioritet kimi göstərirlər. Reuters yazır ki, Baş nazir Yoshihide Suga, Olimpiadadakı vəziyyət fonunda bu yaxınlarda planlaşdırılan seçkilərdən əvvəl zəif siyasi dəstəyə sahibdir.

Belarus təyyarəsi Moskvada təcili eniş edib

Belavia-nın Boeing 737-800 təyyarəsi, Domodedovo hava limanı, Moskva, 28 may 2021

Belarus hava yolu şirkəti "Belavia" nın Minskdən Antalyaya uçan təyyarəsi Moskva Domodedovo hava limanına təcili eniş edib.

"İzvestiya" xəbər verir ki, təyyarənin mühərrikindəki yağ temperaturu sensorunda nasazlıq olub.

Bir qədər əvvəl KİV-lər Minskdən yerli vaxtla 9.35-də yola düşən Boeing 737 təyyarəsinin Voronej vilayətinin üzərində bir siqnal göndərdiyini yazmışdı. Onların sözlərinə görə, idarə heyəti təcili enişin planlaşdırıldığı Voronejə doğru gedirmiş.

5 iyun tarixində Avropa Birliyi bütün Belarus təyyarələri üçün hava məkanını və AB hava limanlarını bağlayıb. Bu qərar bir Ryanair təyyarəsinin mayın 23-də Minskə məcburi enişindən və göyərtədə olan müxalif blogger Roman Protaseviç və rusiyalı qadın Sofiya Sapeqanın həbsindən sonra verilib.

Aİ, təyyarənin Aleksandr Lukaşenko rejiminin tanınmış tənqidçisi Protaseviçi həbs etmək üçün saxta bəhanə ilə enməyə məcbur edildiyini düşünür.

Gürcüstanda bir sutkada 1264 yoluxma, 26 ölüm

Gürcüstanda laboratoriya

Gürcüstanda son sutka ərzində koronavirusdan 26 nəfər ölüb. Pandemiya başlayandan bəri isə ölənlərin sayı isə 5714-ə çatıb.

Sutka ərzində analizi götürülən 19 min 375 nəfərdən 1264-də COVİD-19 virusu aşkarlanıb.

Məlumata görə, ölkə üzrə analizi pozitiv çıxanların ümumi sayı 404 mini keçib, onlardan 374 753 nəfəri sağalıb.

Stopcov.ge hökumət portalına görə, Gürcüstanda koronavirüsün aşkarlanması nisbəti gündə 6,52%, son 14 gün ərzində 5,73%, həftə ərzində isə 6,44% təşkil edib.

Gün ərzində 1572 nəfərə, indiyə qədər isə 404 339 nəfərə COVİD-19 əleyhinə peyvənd vurulub.

Putinə qarşı çıxan şaman məcburi müalicəyə göndərilib

A. Qabışev

Yakutiya şəhər məhkəməsi, "Putini qovma" məqsədi ilə Moskvaya səfəri ilə məşhurlaşan şaman Aleksandr Qabışevi məcburi müalicə göndərib.

Bu barədə mətbuata şamanın vəkili Alexey Pryanishnikov məlumat verib.

Pryanishnikova görə, məcburi müalicə müddəti təyin olunmayıb. Müalicəsi zamanı Qabışev "intensiv müşahidə" altında olacaq. Qabışevin müdafiəsi məhkəmə qərarından apellyasiya şikayəti verəcək.

"Bir qayda olaraq, məcburi müalicə təyin edildikdə, insanlar xəstəxanada ən azı 2,5-3 il qalırlar. Bizim vəziyyətimizdə necə olacaq, deyə bilmərəm, amma praktika göstərir ki, məhz bu müddətdə olur", - deyə vəkil bildirib.

Məhkəmənin qərarı qüvvəyə minənə qədər Qabışev həbsdə olacaq.

Putini qovmağa gedən şamanı yolda oğurlayıblar
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

Xatırlatma

Qabışev 2019-cu ilin martında Yakutiyadan Moskvaya ilk piyada yürüşünü təşkil edəndən sonra məşhurlaşıb.

O bildirirdi ki, məqsədi “şər qüvvələrə” xidmət edən prezident Vladimir Putini Kremldən qovmaqdır.

Lakin o yolun bir hissəsini qət etdikdən sonra saxlanmış və ruhi xəstəxanaya yerləşdirilib və daha sonra həbs edilib.

Tunisdə gərginlik

Tunisdə etiraz aksiyası, yanvar 2021

Ölkədə siyasi böhranın artmasını əsas götürən Tunis prezidenti baş naziri istefaya göndərib və parlamentin fəaliyyətini dondurub. Onun rəqibləri yaranmış vəziyyəti dövlət çevrilişi adlandırıb.

Prezident Kays Sayed iyulun 25-də dövlət televiziyasındakı çıxışında yeni təyin edəcəyi baş nazirlə birgə yaranmış vəziyyətlə bağlı məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib.

Ölkə başçısı belə bir addımı ölkədə baş verən etiraz aksiyalarından və hakimiyyətin istefası, parlamentin buraxılması tələblərindən sonra verib.

Sayed çıxışında deyib ki, onun belə bir adım atması Tunisi "xilas" etməyə yönəlib. Bundan sonra adamlar ölkə prezidentini müdafiə etmək üçün küçələrə çıxıblar.

Parlamentin spikeri Rəşid Qannuçi isə Tunis prezidentinin hərəkətlərini tənqid edib, baş verənləri dövlət çevrilişi adlandırıb. O, həmçinin İslam partiyası olan Ennahda tərəfdarlarını etiraz etməyə çağırıb.

Ennahda 2011-ci ildən bəri ən uğurlu partiya sayılır, lakin 25 iyulda keçirilmiş aksiyada etirazçılar öz qəzəblərini bu partiyaya bildirməyə başlayıblar.

Polis partiyanın qərargahına basqın etməyə çalışan kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Davamı

XS
SM
MD
LG