Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:39

Yeni Zelandiya koronavirusa görə seçkini təxirə salır


Yeni Zelandiyada alıcılar supermarket növbəsində, 11 avqust, 2020-ci il

Yeni Zelandiya avqustun 17-də parlament seçkisinin təxirə salındığını açıqlayıb. Səbəb ən böyük şəhəri Oklenddə koronavirusun yenidən yayılmasıdır. Yaponiya isə ikinci rübdə iqtisadiyyatının rekord səviyyədə – 27,8 faiz azaldığını açıqlayıb.

Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern deyib ki, seçki oktyabrın 17-nə keçirilir.

102 gün

Oklenddə 50-dək yeni yoluxma təsdiqlənəndən sonra müxalifət seçkinin təxirə salınmasını istəyirdi. Seçki tədbirləri dayandırılıb, hökumət şəhərdə iki həftəlik karantin elan edib.

Son yoluxmalaradək Yeni Zelandiyada 102 gün ərzində koronavirusun icma şəklində yayılması baş verməyib, həyat əhalinin böyük hissəsi üçün normal tempə qayıdıb. Bu müddətdə yalnız ölkəyə gələnlərdə virus aşkarlanır və karantinə alınırdılar.

Rəsmilər son yoluxmalara da xaricdən qayıdanların səbəb olduğuna inanır, ancaq bunun necə baş verdiyini müəyyənləşdirə bilməyiblər. Hakim orqanlar yoluxma hallarının bir-birilə bağlı olduğunu düşünür.

Ardern deyib ki, seçkini yenidən təxirə salmağı düşünmür. Rəy sorğuları onun Leyboristlər Partiyasının seçkini ikinci müddətə qazanacağını göstərir.

Yeni Zelandiyada indiyədək COVID-19-dan 1622 yoluxma və 22 ölüm təsdiqlənib.

İqtisadi ziyan

Qonşu Avstraliyada isə avqustun 17-də yoluxma sayı 400-ü keçib. Viktoriya vilayətində bir günə 25 ölüm qeydə alınıb. Bununla ölkə üzrə ölü sayı 421-ə, yoluxma isə 23 min 570-ə çatıb.

Yaponiyadan gələn xəbərlər isə COVID-19 pandemiyasının iqtisadi ziyanının miqyasını göstərir. Ölkə üzrə ÜDM-də 27,8 faiz azalma qeydı alınıb. Bu, 1980-ci ildə müqayisəli statistika toplanandan ən pis göstəricidir. Artıq üçüncü rübdür ölkədə azalma baş verir.

Yaponiya maydan karantini, fövqəladə tədbirləri qaldırıb, kütləvi fiskal stimul proqramı gerçəkləşdirib.

Dünyada COVID-19 773 mindən artıq insanın həyatına son qoyub. Pandemiyanın episentri Amerika qitəsi sayılır. Birləşmiş Ştatlarda 5,4 milyon yoluxma, 170 mindən çox ölüm qeydə alınıb.

Braziliyada koronavirusa 3,3 milyon yoluxma, 107 mində çox ölü, Meksikada 522 mindən artıq yoluxma və 57 minə yaxın ölüm baş verib.

XS
SM
MD
LG