Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 15:00

Müştərilərə açıq havada xidmətə icazə verilir


Nazirlər Kabineti, arxiv foto

Avqustun 18-dən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə veriləcək.

Bu barədə bu gün, avqustun 15-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, qurum Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində elan edilmiş sərtləşdirilmiş karantin rejimində dəyişiklik haqda qərar qəbul edib:

“... 2020-ci il 18 avqust tarixindən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir”.

Həmin ərazilərdə ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq havada yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçirilməlidir.

Koronavirus pandemiyası ilə bağlı martın 24-dən Azərbaycanda karantin rejimi elan edilib. Sonradan yoluxmada azalma baş verdiyindən aprelin 27-dən etibarən rejim mərhələlərlə yumşaldılıb. Amma təkrar gündəlik yoluxma artdığından iyunun 21-dən Bakı və bir sıra yerlərdə karantin sərtləşdirilib.

Avqustun 5-dən isə yenidən sərt karantin yumşaldılıb. Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışanlardan başqaıarının küçəyə çıxarkən SMS-lə icazə alması ardan qalxıb, çimərliklər açılb. Operativ Qərargahdan bildirilib ki, əgər yoluxma sayında müsbət dinamika davam etsə növbəti həftədə rayonlara gediş-gəlişə qoyulan məhdudiyyət də götürülə bilər. Karantin ümumilikdə ölkə üzrə avqustun 31-nə kimi uzadılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 21 milyon 368 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 763 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyə qədər rəsmi 34 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 504 nəfərin vəfat etdiyi açıqlanıb. Rəsmi qurumların bildirməsinə görə, bundan başqa Azərbaycanda əlavə evdə müalicə alan koronavirus xəstələri də var.

Multimedia

XS
SM
MD
LG