Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 20:27

Müdafiə nazirliyi: Ermənistana məxsus PUA vurulub


PUA, arxiv foto

Bu gün, avqustun 15-də Ermənistan silahlı qüvvələrinin taktiki pilotsuz uçuş aparatının (PUA) vurulduğu bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb. Məlumatda qeyd edilib ki, saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Azərbaycanın mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

AMN bildirib ki, həmin PUA-nı Hava Hücumundan Müdafiə bölmələri dərhal aşkar edərək vurub. Məsələyə, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil. Bundan əvəlki həftələrdə Azərbaycan Ermənistan silahlı qüvvələrinin bir neçə PUA-sını vurduğunu açıqlamışdı. İyulun 18-də isə Azərbaycanın işğal altındakı bölgəsində silahlı bölmələrin pilotsuz uçuş aparatı vurduqları bildirilmişdi. Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yaymışdı.

Amma həmin məlumata Azərbaycan Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmamışdı. İyulun 12-dən 16-na kimi Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər gedib.

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Azərbaycan tərəfi bu döyüşlərdə biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Habelə, bir dinc sakinin də atəşkəsin pozulması nəticəsində öldürüldüyü açıqlanıb. Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində, baş verənlərə görə Azərbaycanı ittiham edir.

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib. Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir

Multimedia

XS
SM
MD
LG