Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:25

Prezidentin köməkçisi məktəblərin açılması ilə bağlı bunları deyib


Məktəb, arxiv foto

“Təhsil müəssisələrinin açılması məsələsi araşdırılır və öyrənilir".

Bunu bu gün, avqustun 15-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində prezidentin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O bildirib ki, digər ölkələrin təcrübələrinə müraciət edilir:

“...Yekdil qərar barədə danışmaq hələ çox tezdir. Burada peşə məktəbləri, orta məktəblər, ali təhsil müəssisələri ilə bağlı qaydalar tətbiq olunmalıdır. Digər ölkələrdə də bu məsələ ciddi müzakirə edilir...”.

Azərbaycanda yeni dərs ili sentyabrın 15-də başlamalıdır.Koronavirus pandemiyası ilə bağlı ötən tədris ilində dərslər martın 3-dən dayandırılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 21 milyon 358 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 763 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyə qədər rəsmi 34 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 504 nəfərin vəfat etdiyi açıqlanıb. Rəsmi qurumların bildirməsinə görə, bundan başqa Azərbaycanda əlavə evdə müalicə alan koronavirus xəstələri də var.

Multimedia

XS
SM
MD
LG