Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 12:40

İxrac da azalıb, idxal da


Bu ilin 7 ayında Azərbaycanın xarici ticarət dövrüyyəsi təqrəbən 15 milyard dollar (15 031.90) təşkil edib.

Bu barədə Azərbaycan Gömrük Komitəsi (AGK) məlumat yayıb.
AGK-nin bildirməsinə görə, bunun 9 milyard dollardan bir qədər çoxu (9 131.14) ixracın, 6 milyard dollara yaxını isə (5 900.76 ) idxalın payına düşür.

Xarici ticarət saldosu 3 milyard dollardan çox (3 230.38) olub.

2019-cu ilin eyni dövründə isə ölkənin xarici ticarət dövrüyyəsi 21 milyar dollara yaxın (20 701. 38) olmuşdu. Bir ilərzində həm ixracda, həm də idxalda azalma baş verib. Keçən ilin eyni zamanında bu rəqəmlər uygun olaraq 12 267. 71 və 8 433. 67 olmuşdu.

Xarici ticarət saldosunda da azalma var. Ötən ilin analoji dövründə həmin rəqəm 3 834 .04 idi.

Multimedia

XS
SM
MD
LG