Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 07:39

Müsavatçı saxlanıb buraxıldığını deyir  


Bu gün, avqustun 13-də günorta saatlarında saxlandığı bildirilən Müsavat Partiyasının üzvü Əlikram Xurşidovun sərbəst buraxıldığı açıqlanıb.

Bu barədə məlumatı Əlikram Xurşidovun özü də təsdiqləyib.

Əlikram Xurşidovun sözlərinə görə, onu dünən, avqustun 12-də sosial şəbəkədəki hesabında polis haqqında yazdığı statusa görə, saxlayıblar:

"Polis şöbəsində mənə dedilər ki, statusu silməlisən. Bunun üçün telefonumu götürmək üçün evimə gedib axtarış edəcəklərini bildirdilər. Daha sonra məlumatımın olmadığı 3 oğurluq işi üzrə məndən ifadə alındı. Sonra isə sərbəst buraxıldım".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək cəhdləri nəticə verməyib.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Müsavat Partiyasının üzvü Əlikram Xurşidovu bu gün, avqustun 13-də günorta saatlarında polisin saxladığı bildirilir.

Bu barədə Azadlıq Radiosuna Müsavat Partiyadan məlumat verilib. Ə.Xurşidovun yaşadığı Şirvan şəhərində saxlanıldığı söylənir.

Məlumata görə, Ə.Xurşidov iş yerində saxlanıb. "Əlikram bəy usta işləyir. Saat 16:30 radələrində işlədiyi yerə polislər gəlib və ona onlarla birlikdə Şirvan Şəhər Polis Şöbəsinə getməli olduğunu bildiriblər. Ə. Xurşidov rəsmi çağırış vərəqəsini tələb etsə də, buna məhəl qoyulmayıb", Müsavat Partiyasından bildiriblər.

Partiyadan qeyd ediblər ki, Ə. Xurşidovun saxlanması sosial şəbəkələrdə paylaşımlarla bağlı ola bilər.

Bu deyilənlərə, hələlik, Şirvan Şəhər Polis Şöbəsi və Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Əlikram Xurşidov bundan əvvəl 2017-ci il noyabrın 22-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb. Noyabrın 24-də onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Sonradan isə ona 315.2 maddə (Hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) üzrə ittiham verilib.

2018-ci il mayın 4-də Şirvan Şəhər Məhkəməsi Ə. Xurşidovun 5 il həbs cəzası almasıilə bağlı qəarar verib. Həmin il avqustun 30-da onun həbs cəzası 5 ildən 4 il yarıma endirilib.

Müsavat Partiyası həbsin siyasi motivli olduğunu bildirib. Ancaq rəsmilər ölkədə siyasi motivli həbslərin olması fikrini qəbul etmir.

Ə.Xurşidov 2019-cu ilin martın 16-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Multimedia

XS
SM
MD
LG