Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 20:59

Azərbaycan iqtisadiyyatı 2,8 faiz kiçilib


2020-ci ilin yanvar-iyul aylarında ölkədə 40008,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bu barədə bu gün, avqustun 13-də Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Məlumatda yazılıb ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz, neft-qaz sektorunda isə 4,5 faiz azalıb.

DSK bildirir ki, ÜDM istehsalının 35,3 faizi sənaye, 11,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat, anbar təsərrüfatı, 7,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, 6,3 faizi tikinti, 2 faizi informasiya, rabitə, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin payına düşüb. Habelə, 19 faizinin də digər sahələrin payına düşdüyü qeyd edilir.

“Əhalinin hər nəfərinə düşən ÜDM 4015,1 manata bərabər olmuşdur”,DSK bildirib.

Multimedia

XS
SM
MD
LG