Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:48

Türkiyənin hərbi nümayəndə heyəti Azərbaycana gəlir


Bu gün, avqustun 12-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana gəlir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Məlumata görə, onlar Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində birinci mərhələsinin son epizodunu izləyəcək.

Bundan əvvəl MN bildirmişdi ki, bu iki ölkə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan Azərbaycanda quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı təlimlər başlayıb.

Multimedia

XS
SM
MD
LG