Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:05

İranda ‘bir neçə casus’un saxlandığı bildirilir


Gholam Hossein Esmaili

İran Britaniya Almaniya və İsrail üçün casusluq etdiyi iddia olunan “”bir neçə nəfər”i saxladığını bildirir. Ədliyyənin sözçüsü Gholamhossein Esmaili avqustun 11-də deyib ki, İran əsilli avstriyalı Masud Mosaheb 10 il həbs cəzasına məhkum edilib. Mosaheb İran-Avstriya Dostluq Cəmiyyətinin sədri idi, Almaniya və İsrail kəşfiyyatına bağlı olduğu, “xaricilərə hərbi, nüvə, nano-texnologiya və səhiyyə layihələri ilə bağlı informasiya” verdiyi bildirilir.

Avstriyanın “Kurier” qəzeti 73 yaşlı Mosaheb-in 2019-cu ilin yanvarında tibbi layihə çərçivəsində İrana gedən nümayəndə heyətinin başçısı kimi saxlandığımı yazıb.

Avstriyanın Xarici İşlər Nazirliyi Mosaheb ilə əlaqə qura bilmədiyini deyir, çünki İran ikili vətəndaşlığı tanımır, belə şəxsləri İran qanunlarının subyekti hesab edir.

Esmaili Shahram Shirkhani adlı ikinci şəxsin Britaniya kəşfiyyatı üçün işlədiyini, 10 il həbsə məhkum edildiyini bildirib.

Sözçü son vaxtlar daha beş nəfərin casusluqda şübhəli bilinərək saxlandığını desə də adları açıqlamayıb.

XS
SM
MD
LG