Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

ABŞ Slovakiyanın rusiyalı diplomatları qovmasını alqışlayır


Berlində ötən il çeçenin güllələndiyi ərazi
Berlində ötən il çeçenin güllələndiyi ərazi

ABŞ Dövlət Departamenti Slovakiyanın üç rusiyalı diplomatı qovmaq qərarını alqışlayıb. Slovakiya mediası bu addımı 2019-cu ildə Berlində Gürcüstandan olan keçmiş çeçen üsyançının qətlilə əlaqələndirib.

Dövlət Departamentinin sözçüsü Morgan Ortagus avqustun 11-də Twitter-də yazıb ki, ABŞ “Slovakiyanın suverenliyinə təhdid törədən xarici məkrli oyunçulara qarşı son addımlarını alqışlayır”.

“Slovakiya Rusiyanın siyasi motivli kriminal hərəkətlərinə dözməyəcəyinə aydın siqnal göndərib”, – Ortagus yazıb.

Avqustun 10-da Slovakiya Xarici İşlər Nazirliyinin sözçüsü Juraj Tomaga deyib ki, üç rusiyalı diplomat Diplomatik Münasibətlərə dair Vyana Konvensiyasını pozublar və həftənin sonunadək Slovakiyanı tərk etməlidirlər.

Tomaga-nın sözlərinə görə, bu qərar həm də Sankt Peterburqdakı Slovakiya konsulluğunun verdiyi Şengen vizasından su- istifadəyə reaksiyadır və bu, “NATO və AB-nin başqa bir üzvünün ərazisində ağır cinayət”lə sonuclanıb.

Rusiya oxşar addım atacağını deyir

Rusiya mediası ölkənin Xarici İşlər Nazirliyinin rəsmilərinə istinadla yazıb ki, diplomatların qovulmasına “oxşar yol”la cavab veriləcək.

Slovakiyanın “Dennik N” qəzetinin yazmasına görə, Rusiya vətəndaşı 2019-cu ildə Almaniyaya daxil olmaq üçün Slovakiya vizasından istifadə edib. Həmin şəxs sonradan Berlində çeçen əsilli Gürcüstan vətəndaşının qətlində şübhəli bilinib.

Şübhəli Almaniyada saxlanıb və prokurorlar Rusiyanı qətlin sifarişində ittiham ediblər. Moskva ittihamı rədd edir.

Bellingcat araşdırmaçı vebsaytı isə şübhəlinin Vadim Krasikov adlı Rusiya vətəndaşı, Qazaxıstanda böyümüş killer olduğunu yazıb.

XS
SM
MD
LG