Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:03

Sentyabrın 15-dən Ermənistanda məktəblər açılır


Yerevanda xəstəxana, arxiv fotosu
Yerevanda xəstəxana, arxiv fotosu

Koronavirus pandemiyasına görə martdan məktəblərin bağlandığı Ermənistanda sentyabrın 15-dən təhsil ocaqları qapılarını tələbələrin üzünə açacaq. Bunu Təhsil naziri Arayik Harutiunian avqustun 10-da deyib.

Harutiunian açıqlamanı koronavirusla bağlı durumu koordinasiya edən aparıcı hökumət rəsmiləri ilə müzakirələrdən sonra verib.

Nazirin sözlərinə görə, təmayül kollecləri, musiqi və incəsənət məktəbləri də sentyabrın 15-dən yenidən açılacaq.

Harutiunian hökumətin qoyduğu bütün sanitar və gigiyenik qaydalara əməl etməyin vacibliyini vurğulayıb.

“Qadağalar nəzərə alınmalıdır”

Nazir deyir ki, universitetlər və digər təhsil ocaqları haqda qərar gələn həftə ərzində veriləcək.

“Fövqəladə vəziyyətə nəzarət edən orqanlar, tərəfdaşlarımız və nazirlik bütün məsələlərlə bağlı detallı prosedur və qaydaları birgə hazırlayıblar, bunlar bir neçə günə dərc olunacaq və paylaşılacaq”, – Harutiunian Facebook-da yazıb.

Onun sözlərinə görə, müəllimlər, valideynlər və tələbələr “dərs ilinin uğurla başlaması və rahat getməsi üçün birlikdə işləməli, pandemiyanın səbəb olduğu qadağaları nəzərə almalı, media provokasiyalarına imkan verməməlidirlər”.

Martdan bütün məktəblər, universitetlər, digər təhsil ocaqları bağlanıb, distant təhsilə keçib.

Ermənistanda mövcud fövqəladə vəziyyət avqustun 12-də başa çatmalıdır, ancaq hökumət onu daha bir ay uzatmağı planlaşdırır.

İndiyədək bu ölkədə yeni koronavirusa 40 min 433 yoluxma və 796 ölüm təsdiqlənib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG