Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:26

Livan hökuməti istefaya gedir - Yenilənir


Beyrutda etiraz aksiyası, 8 avqust 2020
Beyrutda etiraz aksiyası, 8 avqust 2020

Livan hökuməti istefaya gedir. Bu barədə məlumatı jurnalistlərə səhiyyə naziri Hamad Hassan nazirlər kabinetinin iclasından sonra verib.

Associated Press və Reuters agentlikləri yazır ki, baş nazir Hassan Diab bütün hökumət adından prezidentə istefa ricası ilə müraciət edəcək.

Bu da xəbər verilir ki, avqistun 10-da Livanın bütün təhlükəsizlik orqanlarının rəhbərləri ötən həftə Beyrutda baş vermiş dağıdıcı partlayışla bağlı ifadə veriblər.

Avqustun 4-də baş vermiş güclü partlayış təkcə Beyrut limanını yox, həm də şəhərin əhəmiyyətli bir hissəsindəki evləri dağıdıb.

Partlayış nəticəsində azı 160 nəfər həlak olub, daha 6 min nəfər xəsarət alıb.

300 min paytaxt sakininin evsiz qaldığı xəbər verilir.

Avqustun 10-da hökumət istefasının elan edilməsindən əvvəl şəhər boyunca etiraz aksiyaları planlaşdırılırdı.

Bundan əvvəl, ötən həftəsonu Beyrutda kütləvi etiraz və iğtişaşlar baş verib.

Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Bir çox livanlılar baş vermiş faciəyə hökumət korrupsiyasının səbəb olduğunu düşünür.

Beyrutun mərkəzində etirazçılar nazirlik binasını ələ keçiriblər

Livanın paytaxtı Beyrutda, polis və hərbi qüvvələr, nümayişçiləri əla keçirdikləri hökumət binasından çıxarıblar. Avqustun 8-də etirazçılar Xarici İşlər Nazirliyinin binasını tutaraq oranı "inqilabın qərargahını" elan etmişdilər.

Bu gün BMT-nin himayəsi altında Livana yardım məsələsini müzakirə edəcək onlayn konfrans keçirilir. Artıq Beyruta səfər edən Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Donald Trumpın da konfransa qoşulağı gözlənilir. Həm Fransa, həm də ABŞ Livanda siyasi islahatlara çağırış ediblər. AFP-nin verdiyi məlumata görə, bir sıra ərəb ölkələri Livana maliyyə yardımı göstərmək ideyasına münasibət bildirirlər, radikal irançı Hizbullah qrupu ilə əlaqəli olan qüvvələrin Livan siyasi sistemində oynadığı böyük rolu qeyd edirlər. Potensial donorlar, vəsaitin real ehtiyacı olanlara çatmayacağından qorxurlar. Livanda baş verən partlayışdan sonra Azərbayancan bu ölkəyə 1 milyon dollar yardım edib.

Şənbə günü, avqustun 8-də minlərlə sakin dəniz limanındakı partlayışda həlak olanların xatirəsini ehtiramla qarşılamaq üçün Beyrutun mərkəzindəki meydanda toplaşıb. Etirazçılar baş verən partlayışlara, şəhərə dəyən ziyana görə siyasi və dini qrupların məsuliyyət daşıdığına bildiriblər.

Reuters agentliyi etiraz aksiyasında 5 minə yaxın adamın iştirak etdiyi yazır. Bildirilir ki, həmin gün Livan Səhiyyə Nazirliyi, avqustun 4-də Beyrut dəniz lamanında baş verən partlayışla bağlı yeni məlumat yayıb və həmin məlumatda Beyrut dəniz limanında baş verən partlayıçda 158 nəfərin öldüyü, 6 minə yaxın insanın yaralandığını bildirilib. Bu barədə "Deutsche Welle"məlumat verib.

BBC telekanalı, Beyrutun mərkəzindəki nümayişin görüntülərini yayıb. Həmin görüntülərlə müşayət olunan xəbərlərdə etirazçıların Xarici İşlər Nazirliyinin binasını tutduqarı bildirilib.

Beyrutda etirazlar davam edir, xəsarət alanlar var
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

Məlumatlarda qeyd olunur ki, etirazçılar nazirliyin binasını inqilabın qərargahı elan etdilər. Livan Qırmızı Xaç-ın verdiyi məlumatlara görə, şəhər sakinləri ilə polis arasındakı qarşıdurmada 130 nəfər yaralanıb, onlardan 28 nəfəri xəstəxanaya yerləşdirilib. Bundan sonra Beyrutda iki həftəlik fövqəladə vəziyyət elan edilib.

Avqustun 4-də Livanın paytaxtı Beyrut şəhərindəki dəniz limanında güclü partlayış olub. Livan səhiyyə nazirliyinin açıqladığı son məlumata görə, bu partlayış nəticəsində həlak olanların sayı 158-ə, yaralananların sayı isə 6 min nəfərə çatıb. Bu günə qədər verilən məlumatlara görə, partlayış limanda 3 min tona yaxın ammonium nitrat maddəsinin saxlandığı anbarda baş verib.

Partlayışdan görüntü, Beyrut, 4 avqust 2020
Partlayışdan görüntü, Beyrut, 4 avqust 2020

=

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG