Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 08:07

Beyrut portunun bütün rəhbərliyi ev məhbusu oldu


Beyrut, 5 avqust, 2020-ci il

Media yazır ki, partlayışa səbəb olmuş ammonium nitrat üç il qabaq rusiyalı biznesmen Igor Grechushkin-ə məxsus gəmidən müsadirə olunaraq boşaldılıbmış

Livan hökuməti paytaxtda baş vermiş ölümcül partlayışın səbəbləri tam araşdırılanadək Beyrut dəniz portu rəhbərliyinin tam heyətinin ev dustağı edilməsi barədə qərar qəbul edib.

Livan Daxili İşlər Nazirliyi bəyan edib ki, partlayışın təhqiqatı tam şəffaf aparılacaq, beş gün müddətində başa çatdırılacaq və cavabdehlər məsuliyyətə cəlb olunacaq.

Ev məhbusluğunun tətbiqinə hərbçilər cəlb edilib.

Associated Press agentliyinin yazdığına görə müstəntiqlər partlayış yerinin öyrənilməsinə başlayıblar.

Rəsmilər bildirirlər ki, Livana xarici öklələrdən yardımların gətirilməsinə başlanıb.

Avqustun 4-də Beyrutun dəniz limanı ərazisində baş vermiş iki güclü partlayışda azı 135 nəfər həlak olub və 5 min nəfər xəsarət alıb.

Partlayış episentrinin 10 kilometrlik diametrində böyük dağıntılar baş verib, avtomobillər aşıb.

Partlayışlar nəticəsində 300 min paytaxt sakininin evsiz qaldığı xəbər verilir.

Rəsmilərin təxminlərinə görə şəhərə azı 3 milyard dollarlıq ziyan dəyib.

Partlayışlar nəticəsində yaxınlıqdakı taxıl elevatorları sıradan çıxıb. Ölkənin taxıl ehtiyatının 85 faizi buradakı anbarlarda saxlanırdı.

Beyrut partlayışında Rusiya izi

Avqustun 4-də Beyrut limanındakı anbarda baş vermiş partlayışın Rusiya gəmisinə bağlılığı üzə çıxıb. Media yazır ki, partlayışa səbəb olmuş ammonium nitrat üç il qabaq rusiyalı biznesmen Igor Grechushkin-ə məxsus gəmidən müsadirə olunaraq boşaldılıbmış.

Daxili işlər naziri Mohammed Fahmi yeri telekanala deyib ki, 2 min 700 tondan artıq ammonium nitrat partlayaraq 100-dən çox adamın ölümünə, minlərlə sakinin yaralanmasına səbəb olub.

Fahmi-nin sözlərinə görə, partladıcılıq qabiliyyəti yüksək olan gübrə 2014-cü ildə bir yük gəmisindən müsadirə olunub və sonradan anbara yerləşdirilib.

Beyrutdakı partlayışda ölənlərin sayı 100-ü keçdi
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

Təhlükəsizlik tədbirləri görülməyib

Baş nazir Hassan Diab isə deyib ki, 2 min 750 ton müsadirə olunmuş ammonium nitrat altı il anbarda saxlanıb, təhlükəsizlik tədbirləri görülməyib.

Diab təhlükəsizlik tədbirlərinin pozulmasına görə məsuliyyət daşıyanların cəzalandırılacağını söyləyib.

Gəminin saxlanması və müsadirə vaxtına söykənən media onun Grechushkin-ə məxsus MV Rhosus gəmisi olduğunu üzə çıxarıb. Sibirin Xabarovsk şəhərindən olan Grechushkin hazırda Kiprdə yaşayır.

MV Rhosus ilk dəfə 2013-cü ildə Livan hakimiyyəti tərəfindən Beyrutda müsadirə olunub. O zaman gəminin texniki problemlər səbəbindən Beyrut limanına girdiyi bildirilirdi.

“The Associated Press” yazır ki, MV Rhosus Gürcüstanın Batumi limanından Mozambikə ammonium nitrat aparırmış, texniki səbəblərdən Beyrutda dayanmağa məcbur olub.

Rusiya və Moldova mediasının avqustun 5-də yazmasına görə, MV Rhosus Beyruta çatanda Moldova bayrağıyla üzürmüş.

Odessitua.com vebsaytı yazır ki, gəminin əsasən ukraynalı dənizçilərdən ibarət heyəti 2013-cü ildə müvəqqəti olaraq Beyrutda qalıb, çünki Grechushkin onların maaşını, gəminin xərclərini ödəyə bilməyib.

Partlayış necə baş verib

Livanın LBCI-TV-si avqustun 5-də belə bir ilkin informasiya yayıb ki, qaynaqçılar anbara icazəsiz girməyə imkan verən dəliyi bağlamağa çalışarkən təsadüfən partlayış baş verib.

Müstəqil ekspertlərin fikrincə, avqustun 4-də irimiqyaslı partlayışdan havaya qalxan narıncı tüstü zəhərli azot dioksidinin əlamətidir, nitratlar daxil partlayış zamanı belə tüstü çıxır.

Avqustun 5-də Qırmızı Xaç bildirib ki, səhiyyə nazirliyi ilə birlikdə işləyərək morqların qurbanları qəbul etməsinə çalışırlar, çünki xəstəxanalar ağzınadək dolub.

Partlayışda azı 100 nəfərin öldüyü, minlərlə sakinin yaralandığı bildirilir. Ancaq ölü sayı daha da arta bilər.

Beyrutun qubernatoru Marwan Abboud avqustun 5-də deyib ki, 250 min nəfər nəhəng partlayış nəticəsində evini itirib.

Onun sözlərinə görə, hakimiyyət nəhəng humanitar əməliyyata başlayıb, evindən didərgin düşənlərə ərzaq, su, sığınacaq paylayır.

XS
SM
MD
LG