Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:31

Sumqayıtdakı yanğın söndürülüb


Arxiv foto

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt şəhərində SOCAR-ın "Azərkimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda baş verən yanğının söndürülməsi ilə bağlı məlumat yayıb. Nazirliyin verdiyi xəbərə görə, zavodun ümumi sahəsi 1200 kvadratmetr olan qazayırma sahəsində qaztəmizləmə kolonunun içərisində yanacaq qalıqları yanıb. “Digər avadanlıqlar, kommunikasiya xətləri və yaxınlıqdakı istehsalat sahələri yanğından mühafizə olunub...Yanğın zamanı zavodun 7 nəfər əməkdaşı müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır”, nazirlik bildirir.

***

Yanğında xəsarət alanlar var

Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda baş verən yanğın nəticəsində 7 nəfər xəsarət alıb. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov AZƏRTAC-a bildirib ki, yanğın istehsalatla bağlı yaranmayıb:

“Bir müddət öncə həmin zavodda istehsal prosesi dayandırılıb və təmir işləri görülür. Yanğının təmir işləri zamanı yarandığı güman edilir. Yanğın zamanı SOCAR-ın və orada çalışan podratçı şirkətin bir neçə nümayəndəsi xəsarət alıb”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda xəsarət alanların sayının 7 nəfər olduğu qeyd edilib. Verilən məlumata görə, onlardan birinə ambulator yardım göstərilib və evə buraxlıb. “Digər altı nəfər Bakıya, yanıq mərkəzinə göndərilib. Onlardan birinin vəziyyəti ağırdır”,deyə “ Turan” agentliyinə söylənilib.

***

Sumqayıtda etilen-polietilen zavodunda yanğın baş verib

Bu gün, avqustun 7-də Sumqayıtda etilen-polietilen zavodunda yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatda yazılıb ki,onlara Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin (İB) Etilen-Polietilen zavodunda yanğın olması barədə məlumat daxil olub. “ Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.”, nazirlik qeyd edib.

XS
SM
MD
LG