Keçid linkləri

Təcili xəbərlər
2023, 02 İyun, Cümə, Bakı vaxtı 08:45

Uğursuz hekayətlərdə gizlənmiş imkanlar


Uğurlar uğursuzluqlardan daha çox diqqət cəlb edir. Qələbə hekayələri dönə-dönə danışılır, qələbənin sirri araşdırılır. Müxtəlif sahələrdə şirkət və təşkilatlar bu uğur hekayələrini toplayıb “müsbət təcrübə” kimi önə çıxarır. Uğursuzluqlarsa utanc yeri kimi arxa plana çəkilir. Ancaq BBC Çikaqo Universitetinin Booth adına Biznes Məktəbinin psixoloqları Ayelet Fishbach və Lauren Eskreis-Winkler-ə istinadən yazır ki, çox zaman məhz səhvlər və yanlış addımlar bizə işlərin yaxşı görülməsi ilə bağlı daha çox praktik məlumat verir.

“Dəvəquşu effekti”

Alimlər hesab edirlər ki, uğursuzluqlarımızdan daha çox öyrənirik. Daha öncə Britaniyanın Şeffild Universitetində çalışan psixoloq Thomas Webb və həmkarlarının apardığı tədqiqat da insanların indiki və gələcək uğursuzluqlardan qorxmasına fokuslanmışdı. Alimlər bu fenomeni “dəvəquşu effekti” adlandırırlar. Biz yeni idman rejiminə, yeni sayt yaratmağa, hər hansı başqa bir yeni layihəyə başlayıb çətinə düşən kimi qorxub kənara çəkilir, bir növ “başımızı quma soxuruq”.

Məqalədə isə deyilir ki, bundansa irəliləyişimizi izləmək, hər şeyin yolunda gedib-getmədiyini monitorinq etmək daha faydalıdır.

Nyu York və Hamburq Universitetlərində çalışan psixoloq alim Gabriele Oettingen-in apardığı araşdırma nəticəsində isə məlum olub ki, insanlar gələcəkdə hansı problemlərin meydana gələ biləcəyini düşünməkdən də çəkinirlər.

New York, arxiv foto
New York, arxiv foto

Ancaq insanlar “mental təzad” üsuluna müraciət edəndə, yəni mümkün arzuolunmaz ssenariləri təsəvvür edəndə məqsədlərinə çatmaqda daha uğurlu olurlarmış.

Eqonu incitdiyindən...

Eskreis-Winkler və Fishbach-a görə, çoxumuz uğursuzluqların nə qədər informativ olduğunun fərqinə varmırıq. İnsanlar sadəcə uğursuzluqlarının verdiyi dərsə qarşı daha diqqətli olsalar, bu onlara çox fayda verər. “Uğursuzluq anında özünüzdən soruşun:

“Mən nə öyrəndim? Mən gələcəkdə bu dərsdən necə faydalana bilərəm?’” – deyə Fishbach tövsiyə edir. Uğursuzluq insanın eqosunu incitdiyindən ondan öyrənmək çətin olur. Buna görə də psixoloq ikiqat diqqətli olmağın vacibliyini vurğulayır:

“Çünki uğursuzluqdan öyrənmək daha çətindir”

Uğursuzluqlar haqda işə başlamazdan əvvəl düşünmək də çox faydalıdır. Oettingen-in mental təzadlama ilə bağlı tədqiqatı göstərib ki, insanlar öz layihələrinə başlamazdan öncə çətinlikləri təsəvvürlərinə gətirəndə mənfi rəyə daha açıq olurlar. “Uğursuzluqla bağlı rəy nəinki qəbul edilir, o həm də …planlara salınır. Sanki çətinlikləri gözləmək səhvlərdən öyrənmək imkanını daha da açır”, – Oettingen deyir. “Əlbəttə, uğursuzluqlar haqda düşünmək insanın motivasiyasını azalda bilər. Bu xüsusilə də perfeksionistlərə və özünə inamı az olanlara aiddir. Səhvlərlə üzləşib onlardan öyrənmək üçün gərək özünüzə qarşı çox sərt olmayasınız”, – BBC-nin məqaləsində deyilir.

Zəngin informasiya mənbəyi

Kitabxana, arxiv foto
Kitabxana, arxiv foto

Şeffild Universitetində “Dəvəquşu effekti” ilə bağlı araşdırma aparan Thomas Webb deyir ki, insanlar səhv və uğursuzluqların insan təbiətinin adi bir hissəsi olduğunu anlayıb özlərinə qarşı anlayış göstərsələr, motivasiyalarını qoruyub saxlaya bilərlər. Onun sözlərinə görə, uğursuzluğu qəbul etmək bunun bir hissəsidir. Uğursuzluqları mənfi bir şey kimi görürük. Ancaq onlara utanc və təəssüf mənbəyi kimi yox, özündə öyrənmək imkanları daşıyan zəngin informasiya mənbəyi kimi baxsaq hər şey başqa cür ola bilər. Aviasiya, kosmonavtika kimi təhlükəsizliyə prioritet kimi yanaşan sahələrdə bu düşüncə tərzi artıq çoxdan mövcuddur. Ancaq görünür, bu yanaşmanın cəmiyyətdə daha geniş yayılmasına ehtiyac var. Fischbach deyir ki, artıq bəzi şirkətlər “uğursuzluq gecələri” təşkil edir. “Bu, işçilərin mikrofon qarşısına keçib işdə etdikləri səhvlər haqda danışması üçün … imkandır”, – o deyir.

XS
SM
MD
LG