Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 14:31

NİDA-çı sərbəst buraxıldığını açıqlayıb


Fərrux Məmmədzadə, NİDA hərəkatının üzvü, arxiv foto

NİDA Vətəndaş Hərəkatının üzvü Fərrux Məmmədzadə avqustun 5-də axşam saatlarında sərbəst buraxıldığını açıqlayıb.

Amma o, detallı danışmaq istəməyib.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, NİDA Vətəndaş Hərəkatının üzvü Fərrux Məmmədzadənin avqustun 4-də axşam saatlarında saxlanıb.

Bu barədə Azadlıq Radiosuna NİDA-dan məlumat verilib.

Məlumata görə, fəalı dünən, avqustun 4-də, axşam polis əməkdaşları yaşadığı evindən Lənkəran Şəhər Polis Şöbəsinə aparıblar:

"Bu gün, avqustun 5-də səhər saatlarına qədər valideynlərinə heç bir məlumat verilməyib. Saat 12-də isə bildiriblər ki, Fərrux Məmmədzadəni Bakıya aparıblar". NİDA Vətəndaş Hərəkatından qeyd olunub ki, F.Məmmədzadə vətəndaş kimi iyulun 14-də Qarabağ yürüşündə iştirak edib:

"Böyük ehtimal elə buna görə saxlayıblar. Amma özü də bu barədə yazıb ki, o həmişə təxribatlara qarşı olub, heç vaxt ona uymayıb".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Bu il iyulun 14-də Bakıda orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında deyilir ki, iyulun 14-dən 15-nə keçən gecə baş verənlər nəticəsində yeddi polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Rəsmi açıqlamaya görə, iki xidməti avtomobil aşırılaraq yararsız hala salınıb. Rəsmi qurumlar bununla bağlı cinayət işi açıldığını açıqlayıblar. Amma onlar bu məsələlərlə bağlı konkret neçə nəfərin saxlandığını və onlardan neçəsinin cinayət işinə cəlb edildiyini bildirməyiblər. Yerli hüquq müdafiəçilərinin iddasına görə, isə bu hadisələrlə bağlı 70 civarında şəxs saxlanmışdı.Onların 25-dən çoxunun açılan cinayət işinə cəlb edildiyi, haqqında həbs-qəti imkan tədbiri seçildiyi vurğulanır. Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) da həmin hadisələrlə bağlı 15-dən çox üzvülərinin həbs edildiyini açıqlayıb. AXCP cəbhəçilərə bu məsələlərlə bağlı ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin, ümumiyyətlə, həmin yürüşdə iştirak etmədiyini bəyan edib

XS
SM
MD
LG