Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Məşhəddə qadınların velosiped sürməyi qadağan olunubmu


Tehranda velosiped sürən qadınların, arxiv fotosu
Tehranda velosiped sürən qadınların, arxiv fotosu

İranın Xorasan Rezavi vilayətinin prokuroru qadınlara velosiped sürmək qadağası qoyulması xəbərini təkzib edib.

Prokuror Mohammad Hossein Doroody avqustun 5-də yarırəsmi ISNA xəbər agentliyinə deyib ki, ədliyyə belə bir qadağa qoymayıb.

***

İranın Xorasan Rezavi vilayətində ictimai yerlərdə qadınların velosiped sürməsinə qadağa qüvvəyə minib. Vilayətin islam əxlaqı üzrə qurumu belə bir qərar çıxarıb.

Xorasan Rezavi vilayətinin paytaxtı sayılan Məşhəddə şiələrin səkkizinci imamının məzarı yerləşir.

Şəhərdə cümə namazının ayətullası Ahmad Alamolhoda mühafizəkar mövqeyi ilə tanınır. O, konsertlərə, qadınlara azadlıq verilməsinə qarşı çıxır. Bundan öncə qadınların velosiped sürməsinin əleyhinə danışıb.

Hicab qadağasına əməl edənlər üçün...

Qadağanı avqustun 4-də vilayətin velosiped şurasının başçısı Mehdi Roozbehaneh elan edib. Onun sözlərinə görə, qərargah qadağa üçün gərəkən icazəni əldə edib. O, əlavə detallar açıqlamayıb.

Roozbehanehonu da deyib ki, məcburi hicab qadağasına əməl edən qadınlar üçün qadağanın qaldırılması üzərində işləyirlər. Bu qayda qadınlardan ictimai yerlərdə saç və bədənlərini örtməyi tələb edir.

Bir çox qadınlar hicab qadağasına qarşı çıxır, getdikcə daha çox qadın kiçik şərflər bağlayır, qısa, dar üst geyimləri geyinir.

“Hicab qaydasına, Məşhədin dini təbiətinə uyğun normalara əməl edən qadınların velosiped sürməklə bağlı problemlə üzləşməməsini təmin etməyə çalışırıq”, – Roozbehaneh yerli mediaya deyib.

Roozbehaneh qoyulan qadağaya görə velosiped sürərkən hicab qaydasına tam əməl etməyən qadınları günahlandırıb.

Səbzivar şəhərində də oxşar qadağa qoyulub

Qadağadan bir neçə gün öncə yayılan xəbərlərdə deyilirdi ki, Xorasan Rezavi vilayətində yerləşən Səbzivar şəhərinin Velosiped Şurasının bəzi üzvləri sözügedən qadağaya etiraz olaraq istefa veriblər.

İranın Ali dini lideri Ayətulla Ali Khamenei 2016-cı ildə verdiyi fətvada deyirdi ki, qadının ictimaiyyət arasında velosiped sürməsi “haram”dır. Ancaq fətva sonradan sərt tətbiq olunmadı.

Tehran daxil bir çox şəhərlərdə getdikcə daha çox qadın mühafizəkarların dirənişinə baxmayaraq velosiped sürürlər.

Ədliyyənin sözçüsü 2019-cu ildə deyirdi ki, qadınların velosiped sürməsi dini qaydalara əməl olunduqca qadağan deyil.

1979-cu ildə islam inqilabından, islam respublikası qurulandan sonra dini isteblişment şəriət qanunlarını tətbiq edib. Boşanma, vərəsəlik kimi məsələlərdə qadınlara kişilərlə bərabər hüquqlar verilmir, onların ictimaiyyət arasında necə görünməsi, necə davranması üçün qaydalar qoyulur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG