Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:12

Nazir: 'ÜDM-in azalma həcminin 5 faizdən artıq olması ehtimal olunmur'


Samir Şərifov, arxiv foto

“Ötən 6 ay ərzində dövlət büdcəsinin mədaxili 338,2 milyon manat olub. Bu müddətə nəzər salsaq görərik ki, ümumi daxili məhsulun (ÜDM) həcmində azalma müşahidə olunur” AZƏRTAC-ın xəbərinə görə, bu sözləri Maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün, avqustun 5-də keçirilən plenar iclasında deyib.

Maliyyə naziri qeyd edib ki, ümumi daxili məhsulun azalma həcminin 5 faizdən artıq olması ehtimal olunmur:

“ Gəlirlərimizin azalmasına neftin qiyməti də təsirsiz ötüşmür. Növbəti altı ay üçün neftin orta qiyməti 35 dollar həcmində proqnozlaşdırılır. Dünya bazarında təklifin tələbi üstələməsinin qarşısı alınıb və bu da neftin qiymətinin qismən sabitləşməsinə şərait yaradıb.”

Nazir daha sonra da qeydedib ki, hazırda yaranmış xüsusi şəraiti nəzərə almaqla, istisnasız bütün dövlətlər oxşar problemlərlə üzləşib:

“ Bir çox dövlətdə ÜDM-də azalma ikirəqəmlidir. Azərbaycanda vəziyyət bir qədər yaxşıdır. Bununla belə, vaxtında tədbirlər görülməsinə ehtiyac var. Bununla əlaqədar büdcə qaydası dayandırılıb”.

Xatırlatma

Milli Məclis 2020-ciil üçün yeni büdcə layihəsini müzakirə edir. Həmin layihədə qeyd edilib ki, 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcək. Bu da təsdiq edilmiş göstəriciyə nisbətən 597,5 milyon manat və ya 2,2 faiz çoxdur. Büdcənin gəlirlərinin isə 24 milyard 124 milyon manat olması nəzərdə tutulur.Bu da qəbul edilən mövcud sənəddəki eyni göstəricidin 10,5 milyon manat azdır. Yenil ayihədə neftin bir barelinin ixrac qiyməti 35 dollar götürülüb.Möbcud sənəddə bu 55 dollardır.Hazirda neftin bir bareli 45 dollar civarındadır. İyulun 30-da Azərbaycan Maliyyə Nazirliyi (MN) 2020-ci il dövlət büdcəsinə yenidən baxılması üzrə təkliflərini Nazirlər Kabinetinə təqdim etmişdi. "...Dəyişikliklərin əsas məqsədi əlavə müdafiə və təhlükəsizlik tədbirlərinin görülməsi üçün ehtiyatın formalaşdırılması, ...habelə pandemiyadan (koronavirus) zərər çəkən iqtisadi fəaliyyət sektorlarına, sahibkarlıq subyektlərinə və eləcə də əhalinin həssas qruplarına göstərilən dövlət dəstəyinin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasıdır. Eləcə də, məqsəd sadalanan səbəblərdən ilin ikinci yarısında dövlət büdcəsinin artan xərcləri ilə azalan gəlirləri arasında gözlənilən natarazlığın aradan qaldırılması vəzifələrini təmin etməkdən ibarətdir", -MN bildirmişdi.

Multimedia

XS
SM
MD
LG