Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Dağıstanda qalan Azərbaycan vətəndaşlarından xəbər var


Koronavirus pandemiyasına görə Dağıstanda qalan Azərbaycan vətəndaşları, 11 may 2020
Koronavirus pandemiyasına görə Dağıstanda qalan Azərbaycan vətəndaşları, 11 may 2020

“Hazırda Dağıstanın Kullar kənd yaxınlığındakı çadır düşərgəsində Azərbaycana qayıtmalarını gözləyən 500-700 nəfər Azərbaycan vətəndaşı var”

Bunu avqustun 2-də “ Turan” agentliyinə Rusiya Azərbaycanlıları Regional Mədəni Muxtariyyətinin (RARMM) sədr müavini Afiq Allahverdiyev bildirib.

Sədr müavininin sözlərinə görə, çadır düşərgənin avqustun 1-nə kimi ləğv olunması nəzərdə tutulsa da, sonradan bu baş tutmayıb.

“Çadır düşərgənin ləğvi, hələlik, mümkün görünmür”

A. Allahverdiyevin deməsinə görə, düşərgədən Azərbaycana qayıdan şəxslərin yerini yeni şəxslər tutur, odur ki, bu çadır düşərgəsinin ləğvi, hələlik, mümkün görünmür:

“İndi buradan həftədə bir dəfə 250 nəfəri Azərbaycana qaytarmaqla problemi həll etmək mümkün deyil. Çünku bu məsələ Rusiya tərəf üçün rüşvət, “gəlir mənbəyi”nə dönüb ”.

A.Allahverdiyev düşünür ki, həmin şəxslər Rusiyada (Dağıstanda) qalmaqdansa elə Azərbaycan tərəfdə qalsalar yaxşıdır:

“Azərbaycan tərəfdə 1200 nəfərlik xəstəxana qurulub, insanlar burada karantin rejiminə uyğun saxlana bilələr. Amma Azərbaycan tərəf də deyir ki, həkim azlığı var, hamını vaxtında testdən keçirmək mümkün olmur. Odur ki, buradakıların hamısını birdəfəlik Azərbaycana apara bilmirlər. Buna görə də bu düşərgə ləğv olunana oxşamır”.

“Saxlanılanların çoxunun vəkili yoxdur”

Bu il iyunun 15-da düşərgə yaxınlığında Rusiya hüquq mühafizə orqanları ilə Azərbaycan vətəndaşları arasında baş vermiş insidentə toxunan sədr müavini deyir ki, 10 nəfər tutulub, avqustun 8-də ilk məhkəmə prosesi gözlənilir:

“İstintaq altında olan Azərbaycan vətəndaşları polisə müqavimət və başqasının əmlakına qəsdən zərər vurmaqda ittiham edilirlər. Söhbət 1 milyon 400 min rubl məbləğində ziyandan gedir. Həmin pul ödənilib. Polislə insidentdə tutulanlar hazırda Dərbənd təcridxanasında saxlanılırlar. Bizim əsas məqsədimiz saxlanılanları həbs cəzasından qurtarıb, məsələni şərti cəzalarla bitirməkdir. Ən çətini budur ki, bu saxlanılanların çoxunun vəkili yoxdur”

Nədən vəkilsiz qalıblar ?

Hüquqşünas Avtandil Məmmədli isə Azadlıq Radiosuna deyib ki, iyunun 15-də baş vermiş hadisələrdə tutulan Azərbaycan vətəndaşlarının çoxunun vəkilinin olmaması onların maddi imkansızlığından irəli gəlir. Onun deməsinə görə, vəkil Murad Vəlixanov bu hadisələrdə tutulan Elmar Mehdiyevin işi ilə bağlı iyulun 24-də apelyasiya şikayəti verib, ona ittiham ləğv edilib:

“Vəkl sübut edib ki, aksiya keçirilməsində məqsəd heç də kiməsə zərər vermək və ya kiməsə xəsarət yetirmək olmayıb. Məqsəd Azərbaycana qayıtmaq isətəyn şəxslərin hansı çətin durumda saxlandıqlarını ictimailəşdimək olub”.

O, deyib ki, tutulanlara zorakılıq yalnız iyunun 15-də saxlanan zaman olub, sonrakı vaxtlarda isə zorakılıqla bağlı şikayətləri yoxdur.

“Azərbaycan hökuməti əl qoysa...”

A.Məmmədli deyib ki, Azərbaycan hökuməti bu işə əl qoysa, həmin həbsdə olanlar şərti cəza almaqla buraxıla bilərlər:

“Başqasının əmlakına zərər vurmaq, hakimiyyət nümayəndəsinə xəsarət yetirmək maddəsilə 8-10 il həbs cəzası gözlənilir. Bu iş təkcə vəkillərin ümidinə qalsa, onlara 8-10 il olmasa da, 4-5 il həbs cəzası verilə bilər”.

Bu açıqlamaya, hələlik, Rusiya və Azərbaycan rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

"İşsiz, pulsuz qalmışıq" Rusiyada işləyən azərbaycanlı danışır
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00

“Lazımi hüquqi addımlar atılmalıdır”

Amma deputat Razi Nurullayev də mövzu ilə bağlı ümumilikdə deyib ki, indiki qayıdış tempilə bu məsələnin birdəfəlik həlli heç zaman mümkün görünmür:

“Hazrda Azərbaycanda da gündəlik yoluxma 300 həddindədir. Belə görünür ki, bunun yaxın vaxtda sonu yoxdur. Hakimiyyət özü bildiyi tərzdə, yer, imkan olduqca onları ölkəyə köçürəcək”.

Onun deməsinə görə, dövlət imkanlarından istifadə edərək Azərbaycan vətəndaşı olanları Rusiyada testdən keçirə və ölkəyə gətirə bilər. Dağıstanda həbsdə olan Azərbaycan vətəndaşlarına hüquqi yardıma gəlincəisə deputat bunları əlavə edib:

“Hesab edirəm ki, hökumət öz vətəndaşını qorumalı, onların müdafiəsi üçün lazımi hüquqi addımlar atılmalıdır”.

Hikmət Hacıyev nə demişdi?

Hikmət Hacıyev, arxiv foto
Hikmət Hacıyev, arxiv foto

İyunun 15-də baş verən həmin insidentlə bağlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev isə iyunun 16-da bunları demişdi:

“Bu xüsusda, öz tərəfimizdən dəfələrlə vətəndaşlarımıza müraciət edərək ölkəyə geri dönüşün qeydiyyat əsasında həyata keçirildiyini, yaşlılar, xəstələr, qadınlar və həssas kateqoriyaya daxil olan digər vətəndaşlarımızın prioritet təşkil etdiyini bilirmişdik”. Rəsmilər bu mövzuda danışarkən qeyd ediblər ki, sərhəd keçid məntəqəsinə toplaşmaq çıxış yolu deyil.

Xatırlatma

COVİD-19 pandemiyası ilə bağlı Azərbaycan hökuməti aprelin əvvəllərindən ( Martn 24-dən ölkədə karantindir) ölkəyə gediş-gəlişi məhdudlaşdırıb. Yükdaşımalar və çarter hava reysləri istisna olmaqla hava uçuşları və yerüstü avtomobil hərəkətləri dayandırııb. Bir qrup Azərbaycan vətəndaşı da bu ilin aprel ayından Dağıstanın Kullar kəndi yaxınlığında çadır quraraq ölkəyə qayıtmaq istəklərini nümayiş etdirirlər. Ölkəyə qayıdışı rəsmiləşdirmək üçün Azərbaycan Xarici İşlər Nazirliyi 2020-ci ilin aprelində “Evə gedirəm” qeydiyyat portalını yaradıb. Üstəlik, bu ara mərhələlərlə Dağıstandan da bir xeyli ölkə vətəndaşının Azərbaycana keçirildiyi açıqlanıb.

Azərbaycanlı miqrantlar Rusiya sərhəddində etiraz aksiyası keçirib
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

Amma Azərbaycan-Rusiya sərhəddində, Dağıstan ərazisindəki çadır şəhərciyini, hələ də yığşdırmaq mümkün olmayıb. 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 18 milyon 254 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 693 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycandan isə indiyədək ümumilikdə 32 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 113 nəfərin müalicə olunaraq sağaldığı, 462 nəfəin də vəfat etdiyi açıqlanıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG