Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 19:14

Rüfət Səfərov Baş Prokurorluğa çağırılıb


Rüfət Səfərov, arxiv foto
Rüfət Səfərov, arxiv foto

“Müdafiə Xətti” Təşkilatının təsisçilərindən, keçmiş müstəntiq Rüfət Səfərov-un avqustun 3-də Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunduğu bildirilir.

Rüfət Səfərov AzadliqRadiosuna bu barədə danışarkən bildirib ki, ona adıçəkilən idarənin rəis müavini Mehman Hümbətov zəng edib:

“Deyəndə ki, sabah, iyulun 3-də saat 09. 30-da İstintaq İdarəsinə gəlin, cavab verdim ki, çağırış vərəqi göndərin, razılaşdı”.

Rüfət Səfərovun gümanına görə, onun çağrılmasının səbəbi özünün də təsisçisi olduğu “Müdafiə Xətti” Təşkilatının son bir həftəlik fəaliyyəti ola bilər:

“Təşkilatın hesabatları hökuməti əsəbləşdirib. Əgər, həbs niyyətləri olsaydı, iyulun 14-dəki aksiyadan sonra həbs edərdilər”

“Təşkilatın hesabatları hökuməti əsəbləşdirib. Əgər, həbs niyyətləri olsaydı, iyulun 14-dəki aksiyadan sonra həbs edərdilər”

Bu açıqlamaya, hələlik, Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

“Müdafiə Xətti” Təşkilatı ötən ay təsis edilib. Yarandığı günün səhərindən etibarən ölkədə fəalların, müxalifət üzvülərin saxlanma və həbsinə dair hesabatlar hazırlamağa başlayıb.

Bakıda Orduya dəstək aksiyası, 14 iyul 2020
Bakıda Orduya dəstək aksiyası, 14 iyul 2020

Bu il iyulun 14-də orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında deyilir ki, iyulun 14-dən 15-nə keçən gecə baş verənlər nəticəsində yeddi polisə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Rəsmi açıqlamaya görə, iki xidməti avtomobil aşırılaraq yararsız hala salınıb. Rəsmi qurumlar bununla bağlı cinayət işi açıldığını açıqlayıblar. Amma onlar bu məsələlərlə bağlı konkret neçə nəfərin saxlandığını və onlardan neçəsinin cinayət işinə cəlb edildiyini bildirməyiblər.

Bu hadisələrlə bağlı həbs edilənlərin bir çoxunun müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri olduğu bildirilir. AXCP cəbhəçilərə bu məsələlərlə bağlı ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin, ümumiyyətlə, həmin yürüşdə iştirak etmədiyini bəyan edib.

“Müdafiə Xətti” Təşkilatı da bu hadisələrlə bağlı bir çox hesabatlar hazırlayıb.

Xatırlatma

Zərdab Rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib.2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG