Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 05:29

318 yeni yoluxma, 7 ölüm


Bu basabasda sosial məsafə saxlamaq olar?
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

Bu basabasda sosial məsafə saxlamaq olar?

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 318 yeni yoluxma faktı qeydə alınıb, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, iyulun 31-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 31878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib, aktiv xəstə sayı 5548 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 7 min 789, ötən müddət ərzində isə ümumilikdə 724 min 953 test aparılıb.

Ötən həftə Səhiyyə Nazirliyi isə vurğulamışdı ki, 12 mindən də çox insan da bu virusla bağlı əlavə evdə müalicə alır və ya karantində saxlanır.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 17 milyon 512 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 677 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG