Keçid linkləri

Təcili xəbərlər
2020, 07 Avqust, Cümə, Bakı vaxtı 17:04

Azərbaycan və Türkiyə prezidentləri danışıb


R.T.Ərdoğan və İ.Əliyev

İyulun 31-də Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda yazılıb ki, o, müqəddəs Qurban bayramı münasibətilə R.T.Ərdoğanı və Türkiyə xalqını təbrik edib.

Açıqlamaya görə, dövlət başçıları bu günlərdə Azərbaycanın müxtəlif bölgələrində iki ölkənin birgə hərbi təlimlərinin uğurla keçirildiyini vurğulayıblar.

"Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində Ermənistanın hərbi təxribatı nəticəsində baş vermiş hadisələrlə əlaqədar Türkiyə prezidentinin göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib", - mətbuat xidməti qeyd edib.

Xatırlatma

İyulun 29-dan Azərbaycanda bu ölkə ilə Türkiyə arasında quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb. Təlimlər avqustun 10-na kimi davam edəcək.

Bu il iyulun 12-14-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər gedib. Prezident İ.Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.

Azərbaycan tərəfi biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. Onlar da baş verən döyüşlərə görə Azərbaycanı günahlandırıblar.

XS
SM
MD
LG