Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 21:17

NASA Marsa yenilənmiş cihaz göndərir


Atlas V raketi

NASA iyulun 30-da Marsa yeni missiya yola salıb. Qırmızı planetə yerləşəcək tədqiqatçı cihaz həyat izləri axtaracaq.

Bu missiya Marsa NASA-nın 5-ci tədqiqatçı cihazını aparır.

Missiya Floridadan United Launch Alliance şirkətinin hazırladığı Atlas V raketilə yola salınıb.

Hər şey plan üzrə getsə, “Perseverance” tədqiqatçısı qırmızı planetə 2021-ci ilin fevralında çatacaq.

NASA-nın inzibatçısı Jim Bridenstine Marsa getməyin çətin olduğunu vurğulayıb. “Həmişə çətindir. Heç vaxt asan olmayıb. İndi isə həmişəkindən daha çətindir, çünki bunu pandemiya dövründə edirik”, – o söyləyib.

“Tarixdə ilk dəfədir ki, Marsa konkret missiya, o biri dünyada həyat əlamətləri tapmaq üçün gedirik”, – Bridenstine iyulun 29-da deyib.

O, NASA-nın Marsa artıq 9-cu missiya həyata keçirməkdə olduğunu qeyd edib.

Öncə göndərilmiş tədqiqatçı cihazlardan “Curiosity” hələ də fəaliyyətdidr. 2012-ci ildə Marsa enəndən 23 kilometr qət edib.

Bu yaxınlarda Çin də Marsa tədqiqatçı cihaz göndərib, gələn ilin mayında qırmızı planetə çatacağı gözlənir. Yəni, gələn ilin ortasında Marsda artıq üç tədqiqatçı cihaz işləyə bilər.

XS
SM
MD
LG