Keçid linkləri

Təcili xəbərlər
2020, 09 Avqust, bazar, Bakı vaxtı 12:55

339 yeni yoluxma aşkarlanıb, 3 ölüm


Aktiv xəstə sayı 5951 nəfərdir

Son gündə Azərbaycanda koronavirus infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 673 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, iyulun 30-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər də vəfat edib: "İndiyədək Azərbaycanda ümumilikdə 31560 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25168 nəfər müalicə olunaraq sağalıb, 441 nəfər vəfat edib, aktiv xəstə sayı 5951 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 8 min 532, ötən müddət ərzində isə ümumilikdə 717 min 164 test aparılıb.

Ötən həftə Səhiyyə Nazirliyi isə vurğulamışdı ki, 12 mindən çox insan da bu virusla bağlı əlavə evdə müalicə alır və ya karantində saxlanır.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 17 milyon 221 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 671 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG