Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 01:04

Keçmiş ABŞ dəniz piyadası 9 il həbsə məhkum edildi


Trevor Reed

Moskvada məhkəmə keçmiş ABŞ dəniz piyadası Trevor Reed-i 9 il həbs cəzasına məhkum edib. O, iki polis əməkdaşına hücumda təqsirli bilinsə də özü ittihamı rədd edib.

İyulun 30-da Moskvanın Qolovinski rayon məhkəməsinin hakimi Dmitry Arnaut-un çıxardığı qərarda Reed-in mənəvi ziyan kimi polis əməkdaşlarının hərəsinə 150 min rubl (2 min dollar) ödəməsi də nəzərdə tutulub.

Texasdan olan 29 yaşlı Reed ötən ilin mayında rus dilini öyrənmək və rusiyalı sevgilisi Alina Tsybulnik ilə zaman keçirmək üçün Moskvaya gedib.

Avqustun 15-də, Texasa qayıtmasına bir neçə gün qalmış Reed sevgilisi ilə qızın həmkarlarının təşkil etdiyi qonaqlığa qatılıb. O, partidən sonra nə baş verdiyi xatırlamadığını deyir. Partidə isə xeyli araq içdiyini bildirir.

Avtomobillə evə qayıdanda Reed özünü yaxşı hiss etmir, maşını saxlatdırır və düşür. Sevgilisinin həmkarı polis çağırır, başqa bir həmkarıyla birlikdə oranı tərk edir. Tsybulnik Reed ilə tək qalır.

Hadisə yerinə gedən iki polis əməkdaşı Reed-i ayıltmaq üçün aparırlar, Tsybulnik-ə deyirlər ki, bir neçə saat sonra onun dalınca getsin.

Tsybulnik AzadlıqRadiosuna danışıb ki, polis məntəqəsinə gedəndə Reed-in vəkilsiz, tərcüməçisiz dindirildiyini görüb. Dindirənlər özlərini Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları kimi təqdim ediblər.

Daha sonra qıza sevgilisinin polis əməkdaşlarına həyatına təhlükə yaratdığı, onların qolundan dartdığı, dirsəklədiyi deyilib.

Reed son illər Rusiyada məhkəmə qarşısına çıxarılan amerikalılardan biridir. Ailələri, tərəfdarları, bəzən də ABŞ hökuməti onlara qarşı ittihamların quraşdırıldığını bəyan edib.

XS
SM
MD
LG