Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 18:39

Küfranlıqda suçlanan məhkəmə zalında öldürüldü


Pakistanda islamçılar, arxiv fotosu

Pakistanın Peşavar bölgəsində küfr danışmaqda suçlanan bir kişi məhkəmə zalındaca öldürülüb. Hadisə bu gün – iyulun 29-da baş verib.

Əhmədi müsəlmanı olduğu bildirilən şəxs küfranlıqda suçlanırdı, ittihamlar üzrə məhkəməsinə gətirilmişdi.

Polisin məlumatına görə, onu elə məhkəmə iddiasını qaldırmış şəxs güllələyərək öldürüb. Şübhəli qatil polis nəzarətinə alınıb.

Pakistanda küfr danışmaq cinayət əməli sayılır, cəzası ölümdür.

Bu ölkədə Əhmədi müsəlmanları adında dini qrupun həqiqi islamın əleyhinə çıxdığı iddia olunur, onlar sıxışdırılır.

***

Khalid Khan adlı şəxsin məhkəmə zalına necə keçdiyi aydın deyil.

Polis zabiti Azmat Khan-ın bildirməsinə görə, təqsirləndirilən Tahir Shamim Ahmad özünü islam peyğəmbəri adandırıb, iki il qabaq küfranlıq ittihamları ilə həbs olunub.

Pakistanda küfr danışmaq cinayət əməli sayılır, cəzası ölümdür. Ancaq ölkədə Allahı, İslam, din xadimlərini təhqir etməkdə suçlananlara cəzanı çox vaxt kütlə, yaxud fərdlər kəsir.

Hətta ittihamın özü belə iğtişaşlara səbəb olur. Yerli və beynəlxalq insan haqları qruplarının deməsinə görə, küfranlıq iddialarından dini azlıqların qorxudulması, şəxsi haqq-hesab çəkilməsində istifadə olunur.

2011-ci ildə Puncab vilayətinin valisini öz mühafizəçisi qətlə yetirib. Səbəb valinin küfranlıqda ittiham olunan Asia Bibi adlı xristian qadını müdafiə etməsi olub.

Bibi səkkiz il ərzində ölüm cəzasının icrasını gözləyib, sonradan bəraət alıb. İslamçı radikallardan ölüm təhdidləri alan qadın ötən il Kanadaya qızlarının yanına gedib.

XS
SM
MD
LG