Keçid linkləri

Təcili xəbərlər
2020, 09 Avqust, bazar, Bakı vaxtı 12:18

Koronavirus testinin nəticələrində texniki yanlışlıq olub


arxiv foto

“25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub”

Bu məlumatı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yayıb.

Məlumatda yazılıb:

“Qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edirik ki, testin nəticəsini nəzərə almasınlar. 27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək”.

Qurum sistemdə baş verən texniki xətaya görə üzr istəyir. İyulun 25-də Nazirlər Kabineti yanında Operativ Qərargahdan açıqlanıb ki, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 8 433, ötən müddət ərzində isə ümumilikdə 676 252 test aparılıb.

“İndiyədək ölkədə ümumilikdə 29 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22 082 nəfər müalicə olunaraq sağalıb, 408 nəfər vəfat edib, 7 143 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, qurum bildirmişdi

Bu haftə Səhiyyə Nazirliyi isə vurğulamışdı ki, 12 mindən də çox insan da bu virusla bağlı əlavə evdə müalicə alır və ya karantində saxlanır.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 16 milyon 212 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 648 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Şərhlər

XS
SM
MD
LG