Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:20

Fuad Qəhrəmanlıya qarşı ittihamlara münasibətlər


Fuad Qəhrəmanlı, arxiv foto
Fuad Qəhrəmanlı, arxiv foto

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı-ya Cinayət Məcəlləsinin (CM) 278-ci-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər) ilə də ittiham verildiyi bildirilir.

Fuad Qəhrəmanlının iyulun 14-dən 15-nə keçən gecə Qarabağa dəstək yürüşündə baş verənlərə (bir qrup şəxsin parlamentin binasına girişi, polis maşınının aşırılması) görə başlanmış cinayət işi üzrə istintaqa cəlb olunduğu qeyd edilir.

Ona habelə, bir çox əqidə yoldaşları kimi CM-nin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə də ittihamlar irəli sürüldüyü deyilir.

İctimai fəal Bəxtiyar Hacyev bu məsələlərlə bağlı Azadlıq Radiosuna deyib ki, AXCP üzvlərinin həbsləri əsassızdır:

“İttihamları siyasi motivli hesab edirəm”

Bəxtiyar Hacıyev, 2012
Bəxtiyar Hacıyev, 2012

“AXCP üzvlərinə qarşı elan olunmuş ittihamları siyasi motivli hesab edirəm. Çünki, birincisi ölkə rəhbəri çıxş etmişdi. Siqnal vermişdi ki, AXCP və Milli Şura ilə mübarizə aparmaq lazımdır. Həmin hadisələrlə bağlı 10-larla telefon, kamera görüntüləri var ki,ittiham edilən şəxslərin heç birinin təxribatda iştirak etmədiklərini, əksinə, bəzi hallarda bu təxribatların qarşısını aldıqları görünür. Hətta, aksiyada iştirak etməyən şəxslərin cinayət məcəlləsinin bir neçə maddəsilə ittiham olunmaları tamamilə siyasi qərarın nəticəsidir”.

“Yəqin ki, nəsə bildikləri var”

Deputat Razi Nurullayev isə bu məsələdə fərqli düşünür. O “ Turan” agentliyinə deyib ki, bu həbsləri, ittihamları əsaslı və ya əsassız sayıb-saymaması üçün əlində faktı yoxdur:

“Amma müəyyən məsələlərdə tələsmək lazım deyil, hər halda hüquq-mühafizə orqanları bunu araşdırırsa, bu şəkildə ciddi ittihamlar irəli sürürsə, yəqin ki, nəsə bildikləri var. Amma orada kimin günahlı olub olmaması istintaqın gedişində məlum olar”.

Əli Kərimli: 'Fuad Qəhrəmanlıdan xəbər yoxdur'
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Hər iki müsahibin dilə gətirdiyi fikirlərə, hələlik, hüquq mühafizə orqanlarından isə münasibət, almaq mümkün olmayıb.Hərçənd onlar bir qayda olaraq ölkədə siyasi sifarişli həbslərin olmadığını vurğulatyırlar.

Prazident: “Faktiki olaraq hakimiyyəti qanunsuz yollarla zəbt etmək istəyirdilər”

Azərbaycan Prezidentİlham Əliyev də son həftələr bir neçə çıxışında iyulun 14-də orduya dəstək aksiyasında yaşananlara münasibət bildirib. O, iyulun 21-də Bakının Xətai rayonunda Azərbaycanın ərazi bütövlüyü uğurunda həlak olanların ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində qeyd edib ki, istintaqı qabaqlamaq istəmir:

“Yenə də deyirəm, qabaqlamaq istəmirəm, Azərbaycan xalqı hər şeyi biləcək. Faktiki olaraq hakimiyyəti qanunsuz yollarla zəbt etmək istəyirdilər. Amma mən dedim, onların fikri o illərə getməsin. İndi Azərbaycan o Azərbaycan deyil...”, deyə o qeyd etmişdi.

Xatırlatma

Bakıda orduya dəstək aksiyası
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında deyilir ki, iyulun 14-dən 15-nə keçən gecə baş verənlər nəticəsində 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Rəsmi açıqlamaya görə, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb. Daha 13 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulduğu qeyd edilir. Cinayət Məcəlləsinin 220 (kütləvi iğtişaşların təşkili) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələrilə cinayət işi başlanıb. Həbs olunan şəxslərin sayı barədə isə rəsmi məlumat yoxdur.

AXCP Qarabağa dəstək yürüşündən sonra 14 fəalının barəsində cinayət işi başlandığını, onlardan 13-nün barəsində həbs-qətimkan tədbiri seçildiyini bəyan edib. Daha 11 cəbhəçi haqqında isə inzibati həbs qərarları çıxarılıb.

Hüquq müdafiəçiləri isə sırf bu hadisələrlə bağlı ümümilikdə 26 nəfərin həbs edildiyini açıqlayıblar. AXCP ittihamların yalan olduğunu, həmin təxribatları törədənlər arasında cəbhəçilərin olmadığını bəyan edib. AXCP sədri Əli Kərimli bildirib ki, bu həbslər partiyaya qarşı repressiyadır və prezident İlham Əliyevin çıxışından qaynaqlanır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG