Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 12:18

Yoluxma azalmaqdadır


7365 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir

Son gündə Azərbaycanda koronavirus infeksiyasına 332 yeni yoluxma faktı qeydə alınıb, 573 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, iyulun 24-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər də vəfat edib: "İndiyədək Azərbaycanda ümumilikdə 29312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 21547 nəfər müalicə olunaraq sağalıb, 400 nəfər vəfat edib, 7365 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 9 min 37, ötən müddət ərzində isə ümumilikdə 667 min 819 test aparılıb.

Səhiyyə Nazirliyi bildirib ki, 12 mindən də çox insan da bu virusla bağlı əlavə evdə müalicə alır və ya karantində saxlanır.

Dünən, iyulun 23-də ölkədə 347 yeni yoluxma faktı qeydə alınmışdı.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 15 milyon 692 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 637 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG