Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Moskva polisi etirazçıları saxlayıb


Moskvada saxlananlar
Moskvada saxlananlar

Moskvada polis həbsdəki fəallara azadlıq tələb edənləri saxlayıb. Həmin fəallar 2017-ci ilin kütləvi etirazları ilə bağlı “Rostov işi” üzrə saxlananlardır.

Rəsmi icazə tələb olunmayan təkadamlıq piketlər iyulun 23-də Ali Məhkəmənin qarşısında keçirilib. Həmin vaxt məhkəmə Rostov-na-Donu şəhərində iki fəalın şikayətinə baxırmış.

Saxlananlar içində qeydiyyata alınmamış “Başqa Rusiya” müxalifət partiyasının üzvləri – Mikhail Galyashkin, Andrei Plygach, Timofei Filin Natalya Krivolapova var.

Üç fəal niyə həbs olunub

Oktyabrda Rostov-na-Donu məhkəməsi medianın “Rostov işi” adlandırdığı kütləvi iğtişaşlara görə üç fəala həbs cəzası kəsib.

Yan SidorovVyacheslav Mordasov “kütləvi iğtişaşlar təşkil etmək cəhdi”ndə təqsirli bilinərək 6 il yarım və 6 il 7 aylıq həbsə məhkum ediliblər.

Sidorov və Mordasov 2017-ci ilin noyabrında saxlananda 18 və 21 yaşlarında idilər.

Üçüncü təqsirləndirilən – Vyacheslav Shashmin də 18 yaşında olub və ona üç il şərti cəza kəsilib.

Amnesty International Sidorov və Mordasov-u vicdan məhbusları hesab edir, onların dinc etiraz aksiyası təşkil etmək istədiyini deyir. Aksiya Rostov-na-Donuda yanğınlarda evlərini itirmiş sakinlərə dəstək məqsədilə keçirilməliymiş.

Sözügedən hökmlər ötən yay Moskvada azad və ədalətli yerli seçkilər tələbilə keçirilən etirazlardan sonra çıxarılıb. Həmin aksiyalardan dolayı onlarla adam cərimələnib, həbsə atılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG