Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 00:05

391 yeni yoluxma aşkarlanıb, 9 ölüm


Koronaviruslu xəstə: 'Dərmana öz cibimdən 300 manat xərcləmişəm'
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00

Koronaviruslu xəstə: 'Dərmana öz cibimdən 300 manat xərcləmişəm'

Son gündə Azərbaycanda koronavirus infeksiyasına 391 yeni yoluxma faktı qeydə alınıb, 504 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, iyulun 22-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumun açıqlamasına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər də vəfat edib: "İndiyədək Azərbaycanda ümumilikdə 28633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 20443 nəfər müalicə olunaraq sağalıb, 385 nəfər vəfat edib, 7805 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir".

Qərargahın açıqlamasına görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 8 min 221, ötən müddət ərzində isə ümumilikdə 649 min 953 test aparılıb.

Səhiyyə Nazirliyi bildirib ki, 12 mindən də çox insan bu virusla bağlı evdə ayrıca müalicə alır və ya karantində saxlanır.

Son günlər Azərbaycanda rəsmi açıqlanan gündəlik yoluxma sayında azalma müşahidə edilirdi. İyulun 21-də ölkədə 352 yoluxma qeydə alındığı açıqlanmışdı.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 15 milyon 133 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 620 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG