Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:44

Şamanı psixiatrik klinikadan buraxıblar


Şaman Alexander Gabyshev
Şaman Alexander Gabyshev

Prezident Vladimir Putini Kremldən qovmaq istəyən yakutiyalı şaman Alexander Gabyshev psixonevroloji dispanserdən buraxılıb. Bu haqda hüquq müdafiəçisi Aleksei Pryanishnikov Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, psixiatrik ekspertizadan sonra iyulun 22-də həkim komissiyası şamanın buraxılması haqda qərar çıxarıb.

“Sizinlə birgə səylərimiz nəticə verdi. İctimai dəstək, medianın geniş işıqlandırması olmasaydı, müalicə uzana bilərdi, çünki məhkəmənin qərarında müalicənin müddəti məhdudlaşdırılmamışdı”, – Pryanishnkov qeyd edib.

Dispanserə məcburi yerləşdirilməsindən şikayətə baxılacaq

O, “MBX Media”ya müsahibəsində deyib ki, avqustun 5-də şamanın psixodispanserə məcburi yerləşdirilməsilə bağlı şikayətə baxılacaq.

Güc strukturları Gabyshev-i mayın 12-də saxlayaraq klinikaya aparıblar. Bütün bunlar məhkəmənin qərarı olmadan baş verib. Daha öncə isə şamanı koronaviruslu xəstələrlə birlikdə müşahidə altına almağa çalışıblar.

Yakutiya psixonevroloji dispanserinin həkim komissiyası Gabyshev-in özü və ətraf mühit üçün təhlükəli olması haqda arayış verib. Bundan sonra psixodispanser şamanın xəstəxanaya yerləşdirilməsi üçün iddia qaldırıb. İddiada deyilirdi ki, o, daha öncə bu klinikada könüllü müalicə olunub. Məhkəmə iddianı təmin edib.

Aleksandr Gabyshev 2019-cu ilin martında məşhurlaşıb. O zaman Putini Kremldən “qovmaq” məqsədilə Yakutiyadan Moskvaya piyada yola düşüb. Onu yarı yolda saxlayaraq psixonevroloji dispanserə yerləşdiriblər. Gabyshev barəsində ekstremist fəaliyyətə açıq çağırışlar ittihamıyla cinayət işi qaldırılıb. Daha sonra o, iltizamla buraxıldı.

2020-ci ilin yanvarında şaman “prezidenti qovmaq” üçün Moskvaya yeni yürüş elan etdi. O, yürüşə iyunda başlamalıydı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG