Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Noyabr, çərşənbə, Bakı vaxtı 11:52

Şaman elə saxlandığı klinikada ekspertizadan keçəcək


Aleksandr Gabyshev
Aleksandr Gabyshev

Rusiyanın Yakutiya regionunda yerli şamanın ruhi sağlıq durumunun dəyərləndirilməsində müstəqil ekspertlər iştirak etməyəcək. Bu barədə Yakutiya Ali Məhkəməsi qərar çıxarıb. Şaman Aleksandr Gabyshev Prezident Vladimir Putini hakimiyyətdən uzaqlaşdırmaq üçün planı olduğunu deyirdi.

Şamanın vəkili Olga Timofeyeva AzadAvropa/AzadlıqRadiosuna müsahibəsində deyib ki, məhkəmə iyulun 3-də çıxardığı qərarla bir neçə gün öncəki qərarını ləğv edib. Həmin qərarda müstəqil psixiatrların onun müvəkkilinin sağlıq durumunu dəyərləndirməsinə icazə verilirdi.

Timofeyeva-nın bildirməsinə görə, məhkəmə Gabyshev-in vəkillərinin onun klinikadan buraxılmasına dair vəsatətini də rədd edib. Şaman mayda məcburən klinikaya yerləşdirilib.

“Qərardan apelyasiya verəcəyik, çünki məntiqli deyil. Psixiatrik klinikanın tibbi personalı öz qərarlarına baxacaqlar. Həmin qərara görə, Gabyshev klinikada psixiatrik müalicə almalıdır”, – deyən Timofeyeva əlavə edib ki, məhkəmənin son qərarı onun müştərisinin müstəqil ekspertizadan keçmək hüququnu pozur.

Gabyshev mayın 12-də iradəsinin əleyhinə olaraq psixiarik klinikaya yerləşdiriləndə vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərib, bu addımın qanunsuz olduğunu deyiblər.

Şaman mayın 29-da qısa müddətə saxlanmışdı. Bundan bir gün qabaq isə Timofeyeva Yakutsk şəhər məhkəməsində iddia qaldıraraq onun klinikaya yerləşdirilməsinin nə dərəcədə qanuni olmasını mübahisələndirmişdi.

“Putini bəyənmədiyi üçün...”

Ancaq Yakutsk məhkəməsi iyunun 2-də qərar verdi ki, Gabyshev ruhi xəstəxanada saxlanmalıdır.

Bir sıra yerli və federal siyasətçilər rəsmiləri bu məsələni sovet vaxtı narazıların susdurulması praktikası ilə müqayisə edib.

Amnesty International hüquq-müdafiə təşkilatı bildirib ki, Gabyshev “yalnız Putini bəyənmədiyi üçün dövlətin düşməni obrazı yaradılıb”.

Mayın əvvəlində YouTube sosial şəbəkəsində yerləşdirdiyi videoda Gabyshev ənənəvi yakut şaman rəqsi edərək “Çox tezliklə hamınız azad olacaqsız” deyə oxuyub.

Gabyshev ötən il Putini “şeytan” adlandırraq Moskvaya doğru yürüşə başladığını, prezidenti Kremldən qovacağını elan edib.

O, martda Moskvaya doğru yola düşdü, 2 min km-dən çox məsafəni piyada getdi. Sentyabrda Buryatiya regionunda saxlanaraq Yakutiyaya təhvil verildi və psixiatrik klinikaya yerləşdirildi.

Oktyabrda müstəqil ekspertlər yerli ekspertlərin ona qoyduğu ruhi qeyri-sabitlik diaqnozunu mübahisələndirəndən sonra o buraxıldı. Müstəqil ekspertlər deyirdilər ki, Gabyshev sağlamdır, psixiatrik klinikada müalicəyə ehtiyacı yoxdur, cəmiyyətə təhlükə yaratmır.

Dekabrda şaman iki tərəfdarı ilə yenidən Moskvaya doğru yürüşə başladı, ancaq bu dəfə də polis tərəfindən saxlanaraq geri qaytarıldı.

Şamanlar əsrlər boyu Sibirdə şəfa verən qüvvələr kimi tanınıblar. Sovet dövründə sərt repressiyaya məruz qalıblar. Ancaq indi yenidən Sibirin ayrı-ayrı yerlərində məşhurlaşırlar.

XS
SM
MD
LG