Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:23

Asif Yusifli istintaq təcridxanasına köçürülməyib


A.Yusifli və Ə.Kərimli
A.Yusifli və Ə.Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü, Qarabağ əlili Asif Yusifli haqqında həbs qərarı verilsə də, istintaq təcridxanasına köçürülməyib. Bu barədə AzadlıqRadiosuna partiyanın mətbuat xidmətindən məlumat verilib.

"Asif Yusifli iyulun 16-da saxlanıb, iyulun 18-də isə barəsində həbs-qətimkan tədbiri seçilib. Onun haqqında həbs seçilməsi barədə qərarda da yazılıb ki, qərarın icrası Bakı İstintaq Təcridxanasına həvalə olunur. Yəni, orada saxlanmalıdır. Amma onu köçürmürlər. Bizdə olan məlumata görə, günlərdir ki, Asif Yusifli polis idarəsində təzyiq altındadır", - AXCP-dən bildirilib.

"Bu, çox ciddi pozuntudur"

Bakı İstintaq Təcridxanasındakı mənbə də AzadlıqRadiosuna A.Yusiflinin ora gətirilmədiyini bildirib: "Milli Məclisin qarşısında baş verən hadisələrə görə bazar günü (19 iyul-red.) təcridxanaya beş nəfər gətiriblər. Amma onların arasında Asif Yusifli olmayıb".

Hüquqşünas Yalçın İmanov AzadlıqRadiosuna bildirib ki, bu məsələ Cinayət-Prosessual Məcəllənin 157.3 maddəsi ilə tənzimlənir. Orada yazılıb ki, məhkəmə qərarına əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz. Bu müddət bitənə qədər o, istintaq təcridxanasına keçirilməlidir.

"Asif Yusifli haqqında həbs-qətimkan tədbiri seçilməsinə dair qərar iyulun 18-də axşam saat 20:00 radələrində verilib. Deməli, 19 iyul saat 20:00-a qədər o, məhkəmənin qərarında göstərilən istintaq təcridxanasına köçürülməliydi. Köçürülməyibsə, bu, artıq çox ciddi pozuntudur. Şəxsin saxlanma yerinin qanunla nəzərdə tutulmuş qaydası pozulub. Bundan məhkəmə nəzarəti qaydasında şikayət verilə bilər", – hüquqşünas bildirib.

Xatırlatma

A.Yusifli iyulun 14-dən 15-nə keçən gecə Qarabağa dəstək yürüşündə baş verənlərə (bir qrup şəxsin parlamentin binasına daxil olması, polis maşınının aşırılması) görə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 186 (Əmlaкı qəsdən məhv etmə və ya zədələmə), 233 (İctimai qaydanın pozulasına səbəb olan hərəкətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddəsi ilə ittihamlar irəli sürülüb. İlkin istintaq dövrü üçün barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Son bir həftə ərzində AXCP-nin 20-dən artıq fəalı saxlanılıb. Onlardan bir neçəsi sonradan buraxılsa da, dörd nəfər haqqında artıq həbs-qətimkan tədbiri seçilib.

AXCP Qarabağa dəstək yürüşündə cəbhəçilərin təxribat törətməsi barədə ittihamları rədd edir. Partiya sədri Əli Kərimli bildirib ki, cəbhəçilərin həbsi prezident İlham Əliyevin iyulun 15-də Nazirlər Kabinetinin iclasında AXCP haqqında söylədiklərinin nəticəsidir: "Hakimiyyət ümumxalq mitinqlərindən düşmənə qarşı istifadə etmək əvəzinə AXCP-yə qarşı istifadə etdi. Məqsəd real müxalifəti sıradan çıxarmaqdır".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG