Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 08:48

'Azərbaycan təəssüf ki, bir antirekorda imza atıb'


R.Cəfərov
R.Cəfərov

İyulun 14-də orduya dəstək aksiyasından sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir sıra üzvləri saxlanıb. Onlardan bəziləri haqqında həbs-qətimkan tədbiri də seçilib.

İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərovun AzadlıqRadiosuna deməsinə görə, indi heç kəs iddia etmir ki, iyulun 14-ü gecə Milli Məclis önündə hansısa təxribatçı və ya qanunla qadağan edilən addımlar atılmayıb:

"Əsaslı şübhə olmadan..."

"Bunu birmənalı ona görə deyə bilmərik ki, sübutumuz yoxdur. Hüquq-mühafizə orqanları isə rəsmi şəkildə ittihamlar irəli sürüblər. Həmin hadisədə iştirak edən şəxslər konkret cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs-qətimkan tədbiri seçilib".

Hüquq müdafiəçisi deyib ki, ittihamlar irəli sürülərkən ən əsas məsələ onun əsaslandırılmasıdır ki, bu da əsaslı şübhəyə söykənir: "Əsaslı şübhə olmadan, ilkin fakt və məlumatlar təqdim edilmədən heç kimin barəsində həbs-qətimkan tədbiri seçmək, ilkin olaraq cinayət məsuliyyətinə cəlb etmək olmaz".

'İqtidar yürüşdən öz mövqeyini gücləndirmək üçün yararlana bilmədi'
Gözlə

No media source currently available

0:00 0:05:54 0:00

"15-ə yaxın iş var ki, 18-ci maddənin pozuntusu tanınıb"

O, əlavə edib ki, əks halda, bu işlər gec və ya tez Avropa İnsan Hüquqları Məhkəməsinə gedir, orada isə Azərbaycan təəssüf ki, bir antirekorda imza atıb:

"15-ə yaxın iş var ki, 18-ci maddənin pozuntusu (işin siyasi motivli olması) tanınıb, yəni, bu işlərin siyasi motivli iş olmasıdır".

Hüquq müdafiəçisi xatırladıb ki, prezident mayın 1-də yeni təyin edilən Baş prokuror Kamran Əliyevi onlayn formatda qəbul edib və heç kimin siyasi mövqe və baxışına görə təqib edilməməsi fikrini səsləndirib.

Hüquq müdafiəçisi deyib ki, bu işlərdə hüquq-mühafizə orqanları ortaya sənədlər qoya bilməyəcəklərsə, onda bu işlər də birmənalı siyasi motivli işlər sayılacaq: "Bu da ancaq və ancaq dövlətin və cəmiyyətin maraqlarına zərbə kimi qiymətləndiriləcək".

Bu fikirlərə, hələlik, hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.

R.Nurullayev
R.Nurullayev

Amma deputat Razi Nurullayevin mövzu ilə bağlı deməsinə görə, hakimiyyət və polisin düşüncəsi ondan ibarətdir ki, aksiya ilk olaraq orduya, prezidentə dəstək aksiyası olub, birdən baş verib, insanlar şəxsi istəkləriylə onu keçiriblər. Deputatın fikrincə, sonradan burada təxribatçı qüvvələr peyda olub:

"Odur ki, bir qrup insana görə..."

"Rəsmi ittihamlar da bundan ibarətdir ki, bir qrup şəxs qanunsuzluğa yol verib, insanları qanunsuz hərəkətlərə təhrik edərək parlamentə giriblər. Amma belə başa düşürəm ki, bu aksiya bütövlükdə doğrudan da orduya, prezidentə dəstək aksiyası idi. Odur ki, bir qrup insana görə bütün aksiyaya da kölgə salınması yolverilməzdir".

Xatırlatma

İyulun 14-də Bakı şəhərində orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Amma rəsmi qurumlar bu hadisələr zamanı konkret nə qədər şəxsin saxlandığını açıqlamayıblar. Hüquq müdafiəçiləri bu hadisələrlə bağlı ümumilikdə 70-ə yaxın şəxsin saxlandığını ehtimal edirlər. Sonradan saxlananlardan bəziləri sərbəst buraxılıb. Saxlananların 10-dan çoxunun AXCP üzvü olduğu deyilir. Onlardan bəzilərinin artıq həbs edildiyi açıqlanıb.

İyulun 15-də prezident İlham Əliyev də özünün sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışında da bu məsələyə toxunmuşdu. O, bunları demişdi: "Mənə verilən məlumata görə, dünən (iyulun 14-də) bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar…".

AXCP isə bəyanat yayaraq prezidentin bu dediklərini təkzib edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG