Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:42

Türkmənistanda məmurun koronavirusdan öldüyü deyilir


Aşqabadda avtobus
Aşqabadda avtobus

Hasan Metkuliyev Lebap vilayətində Farap rayonunun meri idi

Türkmənistanın şərqində rayon meri koronavirusdan vəfat edib. Bunu AzadAvropa/AzadlıqRadiosu mənbələrə istinadla yazır. Bu Orta Asiya ölkəsi hələ də COVID-19-a yoluxmanın olmadığını deyir.

Hasan Metkuliyev Lebap vilayətində Farap rayonunun meri idi. Onun ölüm xəbəri ilə bir arada xəstəxanaların dolması, şübhəli koronavirus xəstələrinin ölümü haqda informasiyalar da artır.

Mənbələrin iyulun 20-də radioya deməsinə görə, merin həyat yoldaşı və müavinində də COVID-19 testi müsbət çıxıb və hazırda Turkmenabat Yoluxucu Xəstəliklər Xəstəxanasında müalicə alırlar.

Mənbə iddia edir ki, Lebap vilayətində rayon başçılarının hamısından koronavirus testindən keçmək tələb olunur.

Türkmənistan hələ də ölkədə yoluxma halının olmadığını israrla bildirir.

Paytaxt Aşqabadda xəstəxanada şahid radioya deyib ki, palatalar xəstəylə doludur, ölüm halları artır.

Aşqabadda çaxnaşma yaşandığı bildirilir

Radionun müxbirləri paytaxtda çaxnaşma yaşandığı xəbər verirlər. Buna təkcə virus səbəb olmayıb. Axı, ölkənin səhiyyə sistemi yaxşı vəziyyətdə deyil, həkim və məmurlar arasında korrupsiya kök salıb.

Hakimiyyət koronavirusu gözardı etməsinə baxmayaraq görünməmiş tədbirlərə də əl atıb. Məqsədin xəstəliyin yayılmasını önləmək olduğu ortadadır.

İyulun 8-dək maska taxmağı qadağan etmiş hakimiyyət sonradan “toz”dan qorunmaq üçün bunu məcburi elədi. Ölkə üzrə hərəkət məhdudlaşdırılıb, marketlər, ticarət mərkəzləri bağlanıb.

İyulun əvvəlində Dünya Səhiyyə Təşkilatının (DST) missiyası epidemioloji vəziyyəti dəyərləndirmək üçün ölkəyə səfər etdi. Missiya rəhbəri Catherine Smallwood iyulun 15-də keçirdiyi mətbuat konfransında bildirdi ki, hökumətin ölkədə koronavirusun olmamasına dair bəyanatına zidd heç nə görməyib, yaxud eşitməyiblər.

Ancaq bununla belə, Smallwood hakimiyyətə tövsiyə etdi ki, ölkədə “sanki COVID-19 yayılırmış kimi ciddi ictimai sağlıq tədbirləri” görsünlər.

DST missiyasının səfərindən öncə AzadlıqRadiosu Türkmənistan hakimiyyətinin ölkədə pandemiyanın miqyasını gizlətməyə çalışdığını xəbər verirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG