Keçid linkləri

Təcili xəbərlər
2020, 08 Avqust, şənbə, Bakı vaxtı 09:19

Azərbaycanda yeni hüquq-müdafiə təşkilatı yaranıb


İnsan haqları

Dünən, iyulun 20-də Azərbaycanda bir qrup hüquqçu və ictimai fəal "Müdafiə xətti" adlı yeni hüquq müdafiə təşkilatının yaradıldığını elan ediblər.

"Müdafiə xətti" qurucuları cəmiyyətə xüsusi manifestlə müraciət edib.

Qurucular bəyan ediblər ki, təşkilat Azərbaycanda insan haqlarının qorunması və dəstəklənməsi, hüququn aliliyinin təmin olunmasına yardım məqsədilə yaradılıb.

""Müdafiə xətti"nin hədəfi habelə, Azərbaycanda azad, ədalətli seçkilərin keçirilməsi, hakimiyyət bölgüsünün, hökumətin hesabatlılığı və şəffaflığın təmin olunması, vətəndaş cəmiyyətinin inkişafı, vətəndaş fəallığının yüksəldilməsi yolu ilə bütünlükdə demokratiyanın inkişaf etdirilməsidir", - manifestdə qeyd edilir.

Manifestə əsasən, bu təşkilat qeyri-siyasi və qeyri-dini birlikdir.

Təşkilatı Rüfət Səfərov, Rəşid Hacılı, Əlayif Həsənov, Zəfər Əhmədov, Sayğın Rüstəmli, Zaur Əkbər və Təzəxan Mirələmli təsis edib. Təsisçilərin yığıncağında keçmiş müstəntiq R.Səfərov "Müdafiə xətti"nin icraçı direktoru seçilib.

XS
SM
MD
LG