Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 00:44

Karantində yumşalma ola bilər


Həkim: 'Kütləvi aksiyalar koronavirusa yoluxanların sayını artıra bilər'
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

Həkim: 'Kütləvi aksiyalar koronavirusa yoluxanların sayını artıra bilər'

"Yoluxanların sayındakı azalma sevindiricidir".

Bunu bu gün, iyulun 20-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Prezidentin köməkçisi deyib ki, bu, tendensiya davam etsə, daha çox yumşalmalara gediləcək.

Ş.Mövsümov qeyd edib ki, tələblərə riayət olunmasa, yoluxmalar yenə artacaq və yenidən sərtləşmələrə getmək məcburiyyəti yaranacaq.

Koronavirus pandemiyası ilə bağlı martın 24-dən Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Aprelin 27-dən karantin rejimində mərhələli yumşalmalar tətbiq edilib. Amma yoluxmalarda təkrar artım qeydə alındığından iyunun 21-dən Bakı və ölkənin daha bir çox yerində karantin yenidən sərtləşdirilib. Bakı və ölkənin 10-dan çox yerində sərt karantin avqustun 5-nə kimi uzadılıb. Bu arada yoluxmalar aşağı düşdüyündən bəzi yerlərdə sərt rejim yumşaldılıb. Karantin bütün ölkə üzrə isə ümumilikdə avqustun sonuna kimi uzadılıb.

Koronaviruslu xəstə: 'Dərmana öz cibimdən 300 manat xərcləmişəm'
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00

"12 min 862 vətəndaş ambulator nəzarət altındadır"

"Üç həftəyə yaxındır COVID-19-a yoluxmuş və ya şübhəli olan vətəndaşların ambulator müşahidəsi aparılır".

Bunu isə bu gün, iyulun 20-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

O bildirib ki, ümumilikdə 12 min 862 vətəndaş ambulator nəzarət altındadır: "Bunlardan 8 mindən artığı COVID-19-a laborator testin nəticəsi mənfi olanlardır...".

Səhiyyə Nazirliyinin Aparat rəhbəri qeyd edib ki, digərləri yoluxsa da, yüngül durumda olanlardır.

Həkim: 'Şənbə-bazar insanları evlərinə doldurmaq səhv idi'
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

369 yeni yoluxma aşkarlanıb, 9 ölüm

Son gündə Azərbaycanda koronavirus infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 523 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə bu gün, iyulun 20-də Nazirlər Kabinetin yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər də vəfat edib.

Ümumilikdə indiyə qədər Azərbaycanda 27 min 890 nəfərin koronavirus infeksiyasına yoluxduğunun aşkarlandığı bildirilir.

"Onlardan 19490 nəfər müalicə olunaraq sağalıb, 363 nəfər vəfat edib, 8037 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir", - qeyd edilib.

Qərargahdan verilən açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 6 min 817, ötən müddət ərzində isə 634 min 698 test aparılıb.

Bundan başqa, Səhiyyə Nazirliyindən bildirildiyinə görə, bu virusa yoluxma ilə bağlı əlavə evdə müalicə alan, karantində saxlanan şəxslər də var. Səhiyyə Nazirliyinin ötən həftənin əvvəli yaydığı məlumata görə, onların sayı 10 mindən çoxdur.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 14 milyon 673 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 609 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG