Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Avqust, çərşənbə, Bakı vaxtı 16:51

Daha bir cəbhəçinin həbs edildiyi deyilir


Polis

İyulun 23-də Bakının Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Telman Seyfullayev barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçildiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna AXCP-dən danışıblar.

Məlumata görə, T.Seyfullayev Cinayət Məcəlləsinin 186.2.1 (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə ittiham edilir.

Məlumatı, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. Amma vəkili təsdiqləyib.

T.Seyfullayevin iyulun 20-də saxlandığı açıqlanmışdı. AXCP-dən açıqlamaya görə, onun həyat yoldaşı da ağır xəstədir.

AXCP həbslərin davam etdiyini bildirir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri Rəşid Turabov, Fərrux Əliyev Elxan Nuriyevin inzibati qaydada həbs edildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.

Məlumata görə, hər üç şəxs karantin qaydalarını pozmaqda günahlandırılaraq 30 sutka inzibati həbs cəzası alıb.

Partiyanın digər məlumatına görə, bir neçə gün əvvəl saxlanılan AXCP üzvü Ayaz Məhərrəmli iyulun 14-də Milli Məclisin qarşısında baş vermiş hadisələrlə bağlı açılmış cinayət işinə cəlb olunub.

Məlumatları, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

AXCP: Cəbhəçi 30 sutka həbs edilib

İki gün əvvəl, iyulun 20-də saxlanan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Nicat Abdullayevin inzibati qaydada həbs olunduğu bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.

Məlumata görə, N.Abdullayev bu gün, iyulun 22-də anasına zəng edərək 30 sutka inzibati qaydada həbs olunduğunu deyib.

Amma N.Abdullazadənin nədə günahlandırıldığını öyrənmək mümkün olmayıb.

Hələlik, bu məlumatı rəsmi qurumlardan da dəqiqləşdirmək cəhdləri nəticə verməyib.

AXCP son günlər 20-dən çox üzvünün saxlandığını, onlardan bəzilərinin buraxıldığını, 7 üzvünün isə iyulun 14-də orduya dəstək aksiyasından sonra yaşanan olaylarla bağlı açılan cinayət işi üzrə istintaqa cəlb edildiyini vurğulayıb.

21.07.2020

Cəbhəçilərin həbs xəbərləri gəlməkdə davam edir

İyulun 21-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvü İsmayıl Həsənov haqqında da həbs qəti imkan tədbiri seçilib.

Qərar Nəsimi Rayon Məhkəməsində verilib. O, da Cinayət Məcəlləsinin 186.2.1-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə günahlandırılır.

Həbs müddətinin 3 aylıq olduğu deyilir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Məhəbbət Nağıyevin bu gün, iyulun 21-də saxlandığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.

Məlumata görə, dünən, iyulun 20-də saxlanan AXCP üzvlərindən üçü - Nicat Abdullayev, Baba Süleymanov Ceyhun Novruzov isə təqsirləndirilən şəxs qismində iyulun 14-də Milli Məclisin qarşısında baş vermiş hadisələrlə bağlı açılmış cinayət işinə cəlb olunublar.

Amma, hələlik, bu məlumatları Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan dəqiqləşdirmək mümkün olmayıb.

Əli Kərimli: 'Həbsimə hazıram'
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

AXCP-nin iki üzvü də həbs edildi

Bu gün, iyulun 21-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha 2 üzvü Bəxtiyar İmanovRamid Nağıyev haqqında da ayrı-ayrılıqda həbs-qətimkan tədbiri seçilib. Onların hər ikisi də eyni maddələr ilə ittiham edilirlər. Bunlar Cinayət Məcəlləsinin 186.2.1-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələridir.

Məhkəməyə qədər həbs müddəti oktyabrın 15-nə kimidir.

Bundan əvvəl iyulun 18-da AXCP-nin iki üzvü - Asif Yusifli və Seymur Əhmədzadə barəsində də eyni ittihamlarla 2 ay 28 gün həbs-qətimkan tədbiri seçilib.

Cəbhəçilərdən yenə saxlanan var

"Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Telman Seyfullayev də dünən, iyulun 20-də saxlanıb. Amma harada saxlandığını hələ dəqiq müəyyən edə bilməmişik".

Bunu AzadlıqRadiosuna AXCP-dən bildiriblər.

Amma bu məlumatı, da hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

T.Seyfullayev AXCP-nin sosial şəbəkələrdə xüsusi fəallığı ilə seçilən üzvlərindəndir.

20.07.2020

Cəbhəçilərin həbsinə dair təqdimat verildiyi deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç üzvü haqqında da həbs-qətimkan tədbiri seçilə bilər.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.

Məlumata görə, istintaq qurumu AXCP üzvləri Bəxtiyar İmanov və Ramid Nağıyev barələrində 3 aylıq həbs-qətimkan tədbiri seçilməsi haqqında təqdimat verib: "Onlar Cinayət Məcəlləsinin 186.2.1-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə günahlandırılırlar".

İyulun 20-də habelə, AXCP üzvü İsmayıl Həsənov haqqında da eyni təqdimatin verildiyi bildirilir. AXCP-dən verilən məlumata görə, o da Cinayət Məcəlləsinin eyni maddələri ilə ittiham edilir.

Bu məlumatları, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

AŞPA həmməruzəçisi: 'Müxalifət düşmən deyil'
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

Bundan əvvəl iyulun 18-da AXCP-nin iki üzvü - Asif Yusifli və Seymur Əhmədzadə barəsində də eyni ittihamlarla 2 ay 28 gün həbs-qətimkan tədbiri seçilib.

AXCP: 'Bir gündə 6 üzvümüz saxlanıb'

Bu gün, iyulun 20-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 6 üzvünün saxlandığı açıqlanıb.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat veriblər:

"Mahir Namazov iyulun 20-də günorta saatlarında saxlanıb".

Məlumata görə, həmin şəxs saxlanaraq naməlum istiqamətə aparılıb.

AXCP səhər saatlarında isə fəal üzvlərindən Nicat Abdullazadə, Süleyman Məhərrəmli, Ayaz Məhərrəmli, Baba Süleyman Ceyhun Novruzovun saxlandığını qeyd edir.

AXCP-dən verilən məlumata görə, onların da hara aparıldığı məlum deyil.

NİDA-çı Elgiz Qəhrəman istintaq idarəsində dindirilib
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

Həmin partiyadan vurğulanıb ki, son günlər onların ümumilikdə 16 üzvü saxlanıb, onlardan bir nəfər sərbəst buraxılıb, bir nəfər də polis nəzarətində olmaq şərti ilə evlərinə göndərilib.

Amma bu məlumatı, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Nə baş verir

İyulun 14-də Bakı şəhərində orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Amma rəsmi qurumlar bu hadisələr zamanı konkret nə qədər şəxsin saxlandığını açıqlamayıblar. Hüquq müdafiəçiləri bu hadisələrlə bağlı ümumilikdə 70-ə yaxın şəxsin saxlandığını ehtimal edirlər. Sonradan saxlananlardan bəziləri sərbəst buraxılıb.

'Iqtidar yürüşdən öz mövqeyini gücləndirmək üçün yararlana bilmədi'
Gözlə

No media source currently available

0:00 0:05:54 0:00

İyulun 15-də Prezident İlham Əliyev özünün sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışında da bu məsələyə toxunmuşdu. O, bunları demişdi: "Mənə verilən məlumata görə, dünən (iyulun 14-də) bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar…".

AXCP isə bəyanat yayaraq prezidentin bu dediklərini təkzib edib.

Xatırlatma

Son günlər Azərbaycan-Ermənistan sərhədində döyüşlərin getdiyi açıqlanıb. Tərəflər buna görə bir-birlərini ittiham ediblər. Azərbaycan tərəfi biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Habelə, bir dinc sakinin də atəşkəsin pozulması nəticəsində öldürüldüyü açıqlanıb. Ermənistan tərəfi də bəzi hərbçisinin ölməsi haqda məlumat yayıb.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib. Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

Multimedia

XS
SM
MD
LG