Keçid linkləri

Təcili xəbərlər
2023, 04 İyun, bazar, Bakı vaxtı 11:13

Los Ancelesdə yenidən karantin elan oluna bilər


Kaliforniyada çimərlik, 22 iyun, 2020-ci il

Bu aydan ştat rəsmiləri qadağaları yenidən tətbiq edir. Restoranlarda qapalı məkanda nahar qadağan olunub, barlar, ticarət mərkəzləri bağlanıb

Los Anceles meri şəhərin əvvəlik karantindən sonra çox sürətlə təkrar açıldığını etiraf edib, yoluxma halları artdığından yenidən evdə qalmaq göstərişi verilə biləciyini deyib.

Eric Garcetti iyulun 19-da CNN televiziyasına danışıb. Bundan öncə “Los Angeles Times” qəzeti redaksiya məqaləsində Kaliforniyanın və ştatın ən böyük şəhərinin təkrar açılıma sürətlə getməsini tənqid etmişdi.

“Bütün bunların çox sürətlə baş verməsilə razılaşıram”, – Garcetti söyləyib.

Onun sözlərinə görə, qərarlar şəhər rəsmiləri deyil, ştat və dairə rəhbərliyi tərəfindən verilib. Garcetti Los Ancelesin yeni qadağalara yaxın olduğunu deyib.

Bu aydan ştat rəsmiləri qadağaları yenidən tətbiq edir. Restoranlarda qapalı məkanda nahar qadağan olunub, barlar, ticarət mərkəzləri bağlanıb.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin iyulun 19-da bildirməsinə görə, gündəlik 67 mindən çox yoluxma təsdiqlənib. Ölkədə ümumi yoluxma sayı 3 milyon 700 minə yaxındır, ölü sayı isə 140 minə yaxınlaşır.

1 trilyon dollarlıq paket müzakirə olunacaq

Konqresdəki aparıcı respublikaçılar iyulun 20-də Prezident Donald Trump-la yeni iqtisadi yardım paketini müzakirə edəcəklər. Administrasiya virus testlərinə əlavə pul ayırmağın mümkün olmayacağına işarə vurub. Potensial 1 trilyon dollarlıq qanunvericiliyə başqa məsələlər salınıb.

Dünya Səhiyyə Təşkilatı dünyada təsdiqlənmiş yoluxmaların 14,5 milyonu keçdiyini təsdiqləyib. İyulun 20-nə olan məlumata görə, 606 mindən çox xəstə vəfat edib.

Papa Francis “pandemiyanın dayanmaq əlamətinin görünmədiyini” deyib, münaqişələrdən dolayı pandemiyadan daha çox əziyyət çəkənlərə şəfqət göstərməyə çağırıb.

Avstraliyada da yoluxmalar artır, Viktoriya əyalətinin hökuməti 5 milyonadək əhali üçün altı həftəlik qismən karantin elan edib. Melburnda evdən çıxanlara maska taxmaq tövsiyə olunur.

Bu ölkə nisbətən az, 11 min 800-dək yoluxmanın təsdiqləndiyini, bəzi şəhərlərdə xəstəliyin təmizləndiyini bildirir.

Hindistanda 1 milyondan çox yoluxma təsdiqlənib, iyulun 29-da son sutka ərzində rekord – 39 minə yaxın yoluxma qeydə alınıb.

XS
SM
MD
LG