Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:59

493 nəfərdə koronavirus aşkarlanıb, 8 nəfər ölüb


Həkim: 'Kütləvi aksiyalar koronavirusa yoluxanların sayını artıra bilər'
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

Həkim: 'Kütləvi aksiyalar koronavirusa yoluxanların sayını artıra bilər'

Son gündə Azərbaycanda koronavirus infeksiyasına 493 yeni yoluxma faktı qeydə alınıb, 561 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, iyulun 16-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər də vəfat edib: "İndiyədək Azərbaycanda ümumilikdə 26165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 17256 nəfər müalicə olunaraq sağalıb, 334 nəfər vəfat edib, 8575 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 8 min 722, ötən müddət ərzində isə ümumilikdə 601 min 500 test aparılıb.

Bundan başqa, Səhiyyə Nazirliyindən bildirildiyinə görə, bu virusa yoluxma ilə bağlı əlavə evdə müalicə alan, karantində saxlanan şəxslər var. Onların sayının 10 mindən çox olduğu qeyd edilir.

Həmin şəxslərin heç də hamısının virusa yoluxmadığı söylənir. "Onların arasında virusa yoluxmuş şəxslərlə təmasa görə müşahidə altında saxlanılanlar böyük üstünlük təşkil edir və belələrinin virusa yoluxma ehtimalı var", - nazirlikdən bildirilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 13 milyon 739 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 587 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG