Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 18:04

559 yeni yoluxma, 7 ölüm


COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 559 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, iyulun 15-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 25672 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 16695 nəfər müalicə olunaraq sağalıb, 326 nəfər vəfat edib, 8651 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 8 min 312, ötən müddət ərzində isə ümumilikdə 592 min 778 test aparılıb.

Bundan başqa, Səhiyyə Nazirliyindən bildirildiyinə görə, bu virusa yoluxma ilə bağlı əlavə evdə müalicə alan, karantində saxlanan şəxslər var. Onların sayının 10 mindən çox olduğu qeyd edilir.

"Bu 10 min 202 nəfərin heç də hamısı virusa yoluxmayıb. Onların arasında virusa yoluxmuş şəxslərlə təmasa görə müşahidə altında saxlanılanlar böyük üstünlük təşkil edir və belələrinin virusa yoluxma ehtimalı var", - nazirlikdən bildirilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 13 milyon 499 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 582 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG