Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 00:44

Bir neçə jurnalistin təzyiqə məruz qaldığı bildirilir


Bakıda orduya dəstək aksiyası
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00

Bakıda orduya dəstək aksiyası

İyulun 14-də Milli Məclis qarşısında baş verən hadisələr zamanı bir neçə jurnalist fiziki təzyiqə məruz qaldıqlarını bildirib.

Jurnalistlərdən Xəyalə Ağayeva bildirib ki, o, vətəndaşların saxlanmasını çəkərkən polisin təzyiqinə məruz qalıb: "Mən çəkiliş edərkən polis telefonumu və xidmət (jurnalist) vəsiqəmi əlimdən alıb. Etirazlarıma baxmayaraq, əşyalarım mənə qaytarılmayıb".

Jurnalistlərdən Aysel Umudovanın da təzyiqə məruz qaldığı bildirilir. Bu barədə jurnalist Sevinc Vaqifqızı məlumat verib. Onun sözlərinə görə, A.Umudova çəkiliş edərkən polis əməkdaşı onun əlindən vurub və telefonu yerə düşüb.

Hadisəni işıqlandıran reportyorlardan Anar AbdullayevFiri Səlimin isə saxlandığı açıqlanıb.

İctimai fəalların verdikləri məlumata görə, saxlanan jurnalistlər əvvəl Səbail rayon 9 saylı polis bölməsinə, oradan isə Binəqədi Rayon Polis İdarəsinə aparılıb. "Barələrində protokol tərtib ediləcəyi gözlənilir", - deyə qeyd edilib.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Vəkil müdafiə etdiyi şəxslə görüşə bilmir

MeydanTV-nin əməkdaşı Aysel Umudovanın həyat yoldaşı Elvin Vəlizadə iyulun 15-i gecə Bakı bulvarı ərazisində saxlanıb. Bunu vəkil Elçin Sadıqov bildirib. Onun deməsinə görə, E.Vəlizadə iyulun 15-i Şəhidlər Xiyabanı və Milli Məclis binası önündə baş vermiş hadisələrdə iştirakçı olmayıb: "Jurnalist olan həyat yoldaşını evə aparmağa gələrkən Bakı bulvarı ərazisində saxlanıb. E.Vəlizadəni əvvəl Səbail rayonundakı 9 saylı polis bölməsində saxlayıblar. Sonra isə Binəqədi rayonundakı 6 saylı polis bölməsinə aparıblar".

Vəkilin sözlərinə görə, hadisə ilə bağlı Ombudsman Aparatını məlumatlandırıb. Vəkilin əlavə etməsinə görə, polis bölməsindən Ombudsman Aparatına E.Vəlizadə ilə görüş veriləcəyi deyilib: "Amma sonra buna icazə verilmədi. İndi də deyirlər ki, saat 4-dən sonra görüşə icazə veriləcək".

Hələlik, vəkilin bu açıqlamasına Daxili İşlər Nazirliyi və Ombudsman Aparatından münasibət almaq mümkün olmayıb.

Rəsmi qurumlar iyulun 14-dən 15-nə keçən gecədə Bakıda Orduya dəstək aksiyası zamanı baş verən bəzi olaylara görə cinayət işinin açıldığını bildirsələr də, konkret neçə nəfərin saxlandığını açıqlamırlar.

Xatırlatma

İyulun 14-ü Bakı şəhərində orduya dəstək yürüş və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisin binasına daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxardaraq əraziyə toplanmış şəxsləri uzaqlaşdırıblar. Polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərin yaydığı məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Multimedia

XS
SM
MD
LG