Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:40

'Semaşko' rəhbərliyi işdən azad olunub


Ambulans

İyulun 14-də 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) direktoru Ədalət Dadaşov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bununla bağlı müvafiq əmr imzalayıb.

Bu barədə "Turan"a TƏBİB-dən məlumat verilib.

Digər əmrlə tibb üzrə fəlsəfə doktoru İlham Qafarov xəstəxananın direktoru, Hüseyn Məsimov isə direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin edilib.

Bir müddət öncə bu xəstəxana koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün ayrılmışdı. Amma burda müalicə alan xəstə və onların yaxınları burdakı şəraitdən, həkimlərdən şikayət ediblər.

Bu xəstəxana yerli mətbuatda daha öncə də tənqid edilən tibb müəssisəsi kimi tanınıb.

Multimedia

XS
SM
MD
LG