Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 02:38

Prokurorluq Ermənistanla bağlı cinayət işi açıb


Ermənistan-Azərbaycan sərhədi

Azərbaycan Ermənistan Silahlı Qüvvələrini dinc əhaliyə qarşı hərbi cinayətlər törətməkdə suçlayır. Artıq bununla bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işi açılıb, sübutlar toplanır, araşdırma aparılır. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

İyulun 14-də Ermənistan hərbçilərinin Tovuz rayonu istiqamətində açdığı artilleriya atəşi nəticəsində mülki şəxs, Ağdam kəndinin sakini Əziz Əzizovun həlak olduğu deyilir.

Prokurorluğun məlumatında bildirilir ki, Ermənistan hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmaları üçün müvafiq tədbirlər görüləcək.

İyulun 12-də iki ölkənin sərhədində Tovuz istiqamətində döyüş gedir. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.

Son üç gündə Azərbaycan tərəfi biri general olmaqla, 11 hərbçisini itirməsi, dörd yaralı olması haqda xəbər yayıb.

Ermənistan tərəfi də iki hərbçisinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində, baş verənlərə görə Azərbaycanı ittiham edir.

Multimedia

XS
SM
MD
LG