Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:18

Müdafiə Nazirliyi: 'Şiddətli döyüşlər gedir'


Ermənistan-Azərbaycan sərhədi

"Hazırda ön xətdə şiddətli döyüşlər gedir. Bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib". Müdafiə Nazirliyinin iyulun 14-də yaydığı bəyanatında deyilir.

Bəyanatda Ermənistana məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqələri, dərinliklərdə yerləşən ehtiyatlar və yüzlərlə canlı qüvvənin məhv edildiyi bildirilir.

Nazirlik yaşayış məntəqələrinin atəşə tutulduğunu, mülki əhalini basqı altında saxlamağa cəhd göstərildiyini də qeyd edir. Amma Azərbaycan ordusunun hücumun qarşısını almağa qadir və hazır olduğu vurğulanır.

İyulun 12-dən iki ölkənin sərhədində, Tovuz istiqamətində döyüş gedir. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.

Son üç gündə Azərbaycan tərəfi biri general olmaqla, 11 hərbçisini itirməsi, dörd yaralı olması haqda xəbər yayıb.

XİN
XİN

XİN: 'Mülki vətəndaşın öldürülməsi cinayətdir'

Xarici İşlər Nazirliyi iyulun 14-də Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində açdığı artilleriya atəşi nəticəsində mülki şəxs, Ağdam kəndinin sakini Əziz Əzizovun həlak olması ilə bağlı açıqlama yayıb.

Açıqlamada azərbaycanlı mülki əhalinin məqsədyönlü şəkildə hədəfə alındığı və ağır silahlardan atəşə tutulduğu deyilir: "Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir".

XİN Ermənistanın bundan öncə də azərbaycanlı mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alaraq, onlara qarşı cinayət aktları törətdiyini bildirir.

Nazirlik Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını və bu xüsusda üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozduğunu qeyd edir. Eyni zamanda, beynəlxalq ictimaiyyəti buna sərt reaksiya verməyə və Ermənistanı qınamağa çağırır.

Qeyd olunur ki, mülki şəxsin qətlinin məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərindədir.

Ermənistan XİN rəsmiləri də iyulun 14-də Azərbaycanı dinc əhalini hədəfə almaqda ittiham edib və məsuliyyətin Bakının üstündə olduğunu bildirib.

Multimedia

XS
SM
MD
LG