Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 10:03

Avtokratların rəqəmsal media divanı – Qərb mediası


Maria Ressa
Maria Ressa

“The New York Times” qəzetində Ben Smith hazırda Macarıstandan tutmuş Malayziyaya qədər müstəqil jurnalistikanın müdafiə mövqeyinə çəkilməsindən yazır.​

Romaya qarşı çıxan Qal kəndi

Malayziyanın ən vacib xəbər saytlarından birinin həmtəsisçisi və baş redaktoru Steven Gan məhkəməyə sayqısızlıqda ittiham olunur. Səbəb də odur ki, “Malaysiakini” saytında qısa müddətə ədliyyəni təhqir edən istifadə şərhləri gedib. Ancaq müəllif yazır ki, onun əsl cinayəti, hökumətin nəzərincə, birbaşa, açıq jurnalistika ilə məşğul olması, bu yaxınlarda yenidən hakimiyyətə gəlmiş fraksiyanın korrupsiyasını faş etməsidir.

“Müstəqil xəbər qruplarını sıradan çıxaranda ən uca səsli meqafonla reallıq formalaşdırmaq asanlaşır”, – Filippindəki “Rappler” portalının həmtəsisçisi Maria Ressa deyib. Xanım Ressa da hazırda zaminə buraxılıb, ona yeni “kiber böhtan” qanunuyla ittiham irəli sürülüb. O, dünya üzrə jurnalistikanın ən yaxşı təmsilçilərindən sayılır.

Misirdə azsaylı müstəqil media orqanlarının birinin baş redaktoru Lina Attalah mayda bir fəaldan müsahibə alarkən həbs olunub və sonradan zaminə buraxılıb. Moskvada isə ötən yay Meduza portalının müxbirini polisi iki gecə uydurma ittihamlarla saxlayıb.

“Onlar Romaya qarşı çıxan kiçik Qal kəndinə bənzəyirlər”, – Hindistandakı “Scroll” xəbər saytının redaktoru və həmtəsisçisi Naresh Fernandes deyib.

Jurnalistikanın gələcəyi

Rəqəmsal startapların bu yeni qlobal nəslinin reportyor və redaktorları çəkisindən asılı olmayaraq dünyanın ən dərin təsir oyadan jurnalistləridir. Onların az xərc istəyən model əsasında yüksək təsirə malik olması “araşdırmaçı jurnalistikanın çətinləşdiyi yerlərdə jurnalistikanın gələcəyi hesab olunur”, – Nyu Yorkdakı Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Joel Simon deyib.

Ancaq müəllif bu media orqanlarının indi həmişəkindən daha çox təhlükəylə üzləşdiyini vurğulayır. Bir tərəfdən Facebook və Google kimi şirkətlərin reklam rəqabəti, digər tərəfdən iqtisadi böhran Amerikada rəqəmsal medianın artımını dayandırıb.

“Üstəlik, onlar ümumi bir örnək əsasında hücumları artıran avtokratlarla savaşırlar. Dünyada bir çox hökumətlər Çinin alternativ modelini izləyir. Bu ölkə yerli medianı sərt nəzarətdə saxlayır, hazırda da Honq Konqda repressiv rejimini tətbiq etmək prosesindədir... Rusiya tanınmış jurnalistə qarşı vətənə xəyanət ittihamı irəli sürür”, – məqalədə deyilir.

Azərbaycanda da media ekspertləri, müstəqil jurnalistlər hakimiyyətin medianı basqı altında saxlamağa çalışdığını deyirlər. Hakimiyyət təmsilçiləri isə bunu təkzib edir, media azadlığının tam təmin olunduğunu bildirir.

XS
SM
MD
LG