Keçid linkləri

Təcili xəbərlər
2020, 08 Avqust, şənbə, Bakı vaxtı 09:57

Xəstəxana rəhbərinə cinayət işi açılıb


Yevlax Rayon Mərkəzi Xəstəxanası

Yevlax Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postlardan keçmək üçün rayon sakinlərinə saxta tibbi göndəriş vərəqələri verməsi faktı aşkarlanıb.

Bu barədə "Turan"a Baş Prokurorluqdan məlumat verilib.

Məlumata görə, Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirlərinin davam etdiyi bildirilir.

XS
SM
MD
LG