Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 10:38

Serbiyada etirazçılar parlamentə girib, xəsarət alanlar var


Belqradda xəsarət almış nümayişçi
Belqradda xəsarət almış nümayişçi

Serbiya polisi ötən gecə Belqradda toqquşmalarda 24 nəfərin saxlandığını, 60 polis əməkdaşı və nümayişçinin xəsarət aldığını bildirir. Serblər hökumətin koronavirusa yoluxmaları azaltmaq üçün yenidən karantin tətbiq etmək qərarına etiraz ediblər.

İyulun 7-də axsam keçirilən nümayiş sonradan zorakı xarakter alıb, bir qrup etirazçı parlamentin binasına girib, polis əməkdaşlarına daş, butulka, başqa əşyalar atıb, polis də kütləni dağıtmaqdan ötrü gözyaşardıcı qazdan istifadə edib.

Yayılan görüntülərdə polisin etirazçıları təpiklədiyi, dəyənəklə döydüyü görünür.

Saxlananlardan biri deputatdır

Polis rəisi Vladimir Rebic iyulun 8-də deyib ki, toqquşmalar zamanı 43 polis əməkdaşı və 17 nümayişçi xəsarət alıb, beş polis maşını yandırılıb.

Parlamentin sağ-qanadı təmsil edən müstəqil üzvü Srdjan Nogo saxlananlar arasındadır. Polis ifrat sağçı millətçiləri zorakılığı qızışdırmaqda ittiham edir.

İyulun 8-də Belqradda daha bir nümayiş gözlənir.

Serbiya hakimiyyəti COVID-19 yoluxmalarını səngitmək üçün pandemiyaya qarşı tədbirləri sürətləndirib. Amma iyunun 21-dək sürətli açılım gedirdi. Həmin gün keçirilən seçkidə Prezident Aleksandar Vucic və onun hakim Proqressiv Partiyasının müttəfiqləri qələbə çalıb.

Vucis iyulun 7-də deyib ki, ayın 8-dən açıq havada 5 nəfərdən artıq şəxsin bir yerə yığışması qadağan olunur. O, hökumətin həftəsonu ölkə boyunca komendant saatı tətbiq etməsini istəyəcəyini vurğulayıb.

Serbiyada indiyədək koronavirusa 16 min 719 nəfərin yoluxduğu, 330 nəfərin vəfat etdiyi bildirilir.

21 iyun seçkisindən ikicə gün sonra hökumət şəhərdaxili və şəhərlərarası ictimai nəqliyyatda maska taxmağı məcburi etdi. İyulun 3-dən isə paytaxtda fövqəladə vəziyyət elan olundu.

XS
SM
MD
LG